Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Təzəkənd — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Təzəkənd (Cəlilabad)

39°19′16″ şm. e. 48°28′20″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Təzəkənd
39°19′16″ şm. e. 48°28′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəlilabad rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Təzəkənd xəritədə
Təzəkənd
Təzəkənd

TəzəkəndAzərbaycan Respublikasının Cəlilabad rayonunun Təzəkənd kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla Təzəkənd kənd inzibati ərazi dairəsi yaradılmışdır.

Adın mənşəyi

  • Oykonimin keçmiş adı Oğrukənd (Uyğurkənd) olmuşdur, Təzəkənd Yenikənd deməkdir.

Toponimikası

Salyan düzündədir. Bəzi rəsmi sənədlərdə Oğrukənd kimi qeydə alınsa da, əslində yaşayış məntəqəsinin adı Oqurkənd (Uğurkənd adının təhrif olunmuş variantı) olmuşdur. Monqolların XIII əsrdə Yaxın ŞərqCənubi Qafqaza yürüşlərində türkdilli uyğurlar da yaxından iştirak etmişlər. Sonralar onların əksəriyyəti İranda və Azərbaycanda məskunlaşdılar. Oykonim həmin tayfanın adını özündə əks etdirirdi. Keçən əsrdə rayonun ərazisində Təzəkənd adlanan iki yaşayış məntəqəsi olmuşdur.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2630 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.

Yol

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar–Təzəkənd–Üçtəpə–Əliqasımlı–Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.

Həmçinin bax

Üst