Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tahir Tofiq oğlu Tağızadə (11 avqust 1967, Nijni Novqorod) — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri.

Tahir Tağızadə

Vikipediya, azad ensiklopediya
Tahir Tağızadə
Azərbaycan Respublikasının Macarıstanndakı Fövqəladə və səlahiyyətli səfiri
Vəzifədədir
23 iyul 2021
ƏvvəlkiVilayət Quliyev
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Fövqəladə və səlahiyyətli səfiri
9 iyul 2014 26 iyul 2021
ƏvvəlkiFəxrəddin Qurbanov
SonrakıElin Süleymanov
Azərbaycan Respublikasının Çexiyadakı Fövqəladə və səlahiyyətli səfiri
22 fevral 2007 9 iyul 2014
SonrakıElin Süleymanov
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri
2006 2007
NazirElmar Məmmədyarov
ƏvvəlkiMətin Mirzə
SonrakıXəzər İbrahim
Şəxsi məlumatlar
Doğum tarixi 11 avqust 1967(1967-08-11) (58 yaş)
Doğum yeri
  • Nijni Novqorod, Nijeqorod vilayəti, RSFSR, SSRİ
Təhsili
  • Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
Fəaliyyəti diplomat

Təltifləri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni

Tahir Tofiq oğlu Tağızadə (11 avqust 1967, Nijni Novqorod) — Azərbaycan diplomatı. Azərbaycan Respublikasının Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri.

Həyatı

Tahir Tağızadə 1967-ci ildə Rusiyanın Qorki (hal-hazırda Nijni Novqorod) şəhərində anadan olub. Orta təhsilini Bakıda alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu qırmızı diplomla bitirib.

Diplomat karyerası

1990–95-ci illərdə SSRİ-nin, daha sonra Rusiyanın Çexoslovakiyanın Brno şəhərindəki Baş Konsulluğunda işləyib. 1995-ci ildə Bakıya qayıdıb. 1996-cı il yanvarın 1-də Azərbaycan XİN-in ABŞ, Kanada və Avropa İdarəsinin 2-ci katibi təyin olunub. 1997-ci ildə Azərbaycanın ABŞ-dəki səfirliyinə göndərilib, əvvəlcə 2-ci, sonra isə 1-ci katib və müşavir vəzifəsinə təyin edilib. Daha sonra mərkəzə çağırılıb, XİN-in Mətbuat və İnformasiya İdarəsinin rəhbəri vəzifəsini tutub.

2007-ci il fevralın 22-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Çexiyada fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2014-cü il iyulun 9-da Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığıda fövqəladə və səlahiyyətli səfiri təyin olunub. 2021-ci il iyulun 23-də Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Macarıstanda fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

Təltifləri

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni;

“Macarıstanın Xidmətlərə görə Komandor Xaçı” ordeni;

Çexiyanın “Karel Kramarj” medalı;

"Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)" yubiley medalı;

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)" yubiley medalı.

Şəxsi həyatı

Evlidir, iki övladı var.

İngilis, rus, çex və slovak dillərini bilir.

Üst