Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Թաս (T'as) kimi verilmişdir. T

Tas (hərf)

Vikipediya, azad ensiklopediya
Alban əlifbası

Matenadaran MS 7117 versiyası

Sinay palimpsestləri versiyası
Noto Sans Caucasian Albanian fontunda
Səslənməsi/t/
Rəqəm dəyəri9
Unicode ünvanıU+10538
Alban əlifbası
𐔰 𐔱 𐔲 𐔳 𐔴 𐔵 𐔶
Alt Bet Gim Dat Eb Zarl Eyn
𐔷 𐔸 𐔹 𐔺 𐔻 𐔼 𐔽
Jil Tas Ça Yud Ja İrb Şa
𐔾 𐔿 𐕀 𐕁 𐕂 𐕃 𐕄
Lan İnya Xeyn Dyan Çar Djox K'ar
𐕅 𐕆 𐕇 𐕈 𐕉 𐕊 𐕋
Lyit Heyt Qay Aor Çoy Çi Çyay
𐕌 𐕍 𐕎 𐕏 𐕐 𐕑 𐕒
Maq Q'ar Nuts Cyay Şak Cayn On
𐕓 𐕔 𐕕 𐕖 𐕗 𐕘 𐕙
Tyay Fam Cay Çat Pen Ğeys Rat
𐕚 𐕛 𐕜 𐕝 𐕞 𐕟 𐕠
Seyk Veyz Tüyr Şoy Ün Çyau Tsayn
    𐕡 𐕢 𐕣    
    Yayd Püyr Küy    
Üzərində üçüncü hərfi 𐔸 olaraq yazılmış şamdan

𐔸 (səslənməsi: /t/; transkripsiyası: T, t) — Alban əlifbasının doqquzuncu hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Թաս (T'as) kimi verilmişdir. Tədqiqatçı Aşot Abramyan ətraflı izah təklif etmədən bu hərfin qədim gürcücə Ⴇ hərfinin bir forması olduğunu irəli sürmüşdür. Jost Gippert və Wolfgang Schulzenin fikrincə bu hərf [t] səsinin qarşılığı idi. Rəqəmsal dəyəri 9 olmuşdur. Sözlərin hər yerində rast gəlinir.

Nümunələr:

Alban yazısı Transkripsiyası Tərcüməsi Udi dilində
𐔸𐕈𐕀𐔰𐕎 tåxan əncir tǒxə̌n
𐔸𐕒𐕡𐕙 tur ayaq tur
𐔱𐔰𐕙𐔸𐔴𐕚𐕒𐕡𐕎 bartesun buraxmaq bartesun
Üst