| Terebint püstəsi | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| | ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Malvidlər Dəstə: Sabunağacıçiçəklilər Fəsilə: Anakardiumkimilər Yarımfəsilə: Anakardiumkimilər Cins: Püstə Növ: Terebint püstəsi | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Terebint püstəsi (lat. Pistacia terebinthus) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin anakardiumkimilər fəsiləsinin püstə cinsinə aid bitki növü.
Arealı
Aralıq dənizi, Mərakeş və portuqaliyada, Kanardan Suriya, Livan və İsrailə qədər olan ərazilərdə yaylımışdır.
Botaniki xarakteristikası
Hündürlüyü təxminən 5–10 m-ə çatan iri kol və ya kiçik ağacdır. Yarpağı tökülən ikievli bitkidir. Yarpaqların dəstədə sayı 3–9 olub, uzunluğu 10–20 sm, mürəkkəb, tək lələkvaridir. Çiçəkləri bircinsli, xırda, qırmızımtıl-bənövşəyi rəngli iri süpürgəyə yığılmışdır. Aprel ayında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr ayında yetişir. Çiçəkyanlığı sadə, 2–6 xırda yarpaqdan ibarətdir. Meyvələri xırda, qırmızı rəngli, yetişdikdə qaralan şarşəkilli çəyirdəklidir. Toxum və pöhrələrlə çoxaldılır.
Ekologiyası
Quraqlığa və şaxtayadavamlıdır. İşıq və istisevəndir. Dağların quru yamaclarında, işıqlı meşələrdə rast gəlinir.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində 1978-ci ildən introduksiya olunmuşdur.bakı şəhərində mədəni şəraitdə becərilir.
İstifadəsi
Bitkinin üyüdülmüş və qovrulmuş meyvələrindən hazırlanan içki menengiç qəhvəsi (türk. menengiç kahvesi), kürd qəhvəsi (kürd. قاوەی کوردی; Qehweya Kurdî; Qehweya Kezwanan) adları altında tanınır.
Sinonimləri
Homotipik sinonimləri
- Pistacia crassifolia Salisb.
- Terebinthus vulgaris Dum.Cours.
Heterotipik sinonimləri
- Lentiscus terebinthus Kuntze
- Lentiscus vulgaris Garsault
- Pistacia palaestina Boiss.
- Pistacia terebinthina St.-Lag.
- Pistacia terebinthus var. angustifolia Lecoq & Lamotte
- Pistacia terebinthus var. heterophylla DC.
- Pistacia terebinthus var. macrocarpa Zohary
- Pistacia terebinthus var. oxycarpa Zohary
- Pistacia terebinthus subsp. palaestina (Boiss.) Engl.
- Terebinthus communis Dum.Cours.
Həmçinin bax
- Püstə
- Qərbi Asiya florası
- Şimali Afrika florası
- Avropa florası
- Təhlükədə olmayan növlər
- 1753-cü ildə təsvir edilən bitkilər
- Karl Linney tərəfindən adlandırılmış botanika taksonları