Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı – 9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu.

Teyyub Dəmirov

Vikipediya, azad ensiklopediya
Teyyub Dəmirov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Bakı quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi
Janrlar muğam, xalq musiqisi
Musiqi aləti qarmon
Əlaqəsi Kor Əhəd

Teyyub Hacı Məmməd oğlu Dəmirov (25 aprel 1908, Bakı9 avqust 1970, Bakı) — Azərbaycan qarmonçusu.

Həyat və yaradıcılığı

Teyyub Dəmirov 25 aprel 1908-ci ildə Bakıda anadan olub. O, Kor Əhədin tələbəsi və davamçısı olmuş, Əhməd Bakıxanovun bədii rəhbəri olduğu xalq çalğı alətləri ansamblı 1941-ci ildə yenidən bərpa olunanda orada qarmon ifa etmişdir.

Teyyub Dəmirovun ifaçılıq sənətində muğamlar, xalq mahnıları və rəqslər əsas yeri tutur. Bundan əlavə o, Azərbaycanda keçirilən müxtəlif musiqi tədbirlərinin iştirakçısı olmuşdur. İfaçılıq və tədris fəaliyyəti ilə yanaşı o, bir sıra rənglər və dəramədlər də bəstələmiş, Azərbaycan qarmonunun inkişafında mühüm rol oynamışdır.

Teyyub Dəmirov 9 avqust 1970-ci ildə Bakıda vəfat etmişdir. Onun ifasında səsləndirilən "Bayatı-Şiraz", "Segah", "Rast", "Zabul", "Bayatı-Qacar", "Şur" muğamlarının səsyazmaları Azərbaycan televiziyası və radiosunun fondunda saxlanılır.

Üst