Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Timur Əli oğlu Məmmədov (25 aprel 1925, Borsunlu, Gəncə qəzası – 26 iyun 1992) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1984–1987).

Timur Məmmədov

Vikipediya, azad ensiklopediya
Timur Məmmədov
Azərbaycan SSR ticarət naziri
12 may 1984 20 aprel 1987
ƏvvəlkiSvetlana Qasımova
SonrakıYaşar Qaraxanov
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1925(1925-04-25)
Doğum yeri
Vəfat tarixi 26 iyun 1992(1992-06-26) (67 yaşında)
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1949–1991)
Təhsili
  • Bakı Dövlət Universiteti
Uşağı
  • Nazim Məmmədov

Timur Əli oğlu Məmmədov (25 aprel 1925, Borsunlu, Gəncə qəzası26 iyun 1992) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1984–1987).

Həyatı

Timur Əli oğlu Məmmədov 1925-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.

Əmək fəaliyyətinə 1941-ci ildə mühasib kimi başlamış, qısa müddət sonra Sovet Ordusunda xidmət etmiş və Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur. 1950-ci ildən Qasım İsmayılov rayon istehlak cəmiyyətinin şöbə rəisi, "Azərittifaq"ın müfəttişi, şöbə və idarə rəisi vəzifələrində işləmişdir. 1961-ci ildən Bakı Ərazi İstehsal Sovxozlar İdarəsinin böyük iqtisadçı-maliyyəçisi, Bakı Şəhər İctimai İaşə İdarəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonradan idarənin rəisi, eləcə də Azərbaycan SSR Nazirlər Sovetinin ticarət şöbəsinin referenti, baş referenti olmuşdur.

Timur Məmmədov 1974-cü ildən Azərbaycan SSR Ticarət Nazirliyində şöbə rəisi, "Azərittifaq" sədrinin müavini, Azərbaycan SSR Dövlət Plan Komitəsinin şöbə rəisi, Azərbaycan SSR Nazirlər Soveti İşlər İdarəsinin ticarət və məişət xidməti şöbəsinin müdiri olmuşdur. 12 may 1984-cü ildə Azərbaycan SSR ticarət naziri vəzifəsinə təyin edilmişdir.

Timur Məmmədov 1949-cu ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatı seçilmişdir.

Üst