Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yaşar İslam oğlu Qaraxanov (1941) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1987–1989).

Yaşar Qaraxanov

Vikipediya, azad ensiklopediya
Yaşar Qaraxanov
Azərbaycan SSR ticarət naziri
20 aprel 1987 22 aprel 1989
ƏvvəlkiTimur Məmmədov
SonrakıAğasəlim Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 1941(1941) (84–85 yaş)
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1968-ci ildən)
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Sov.İKP MK yanında İctimai Elmlər Akademiyası
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • iqtisad elmləri namizədi[d]

Yaşar İslam oğlu Qaraxanov (1941) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1987–1989).

Həyatı

Yaşar İslam oğlu Qaraxanov 1941-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Neft və Kimya İnstitutunu və Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir. İqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

1960-cı ildən "Orconikidzeneft" Neft və Qazçıxarma İdarəsində neftçıxarma operatoru, Daşkənd Magistral Qaz Kəmərləri İdarəsinin böyük mühəndisi, "Neft kimyası cihazları" xüsusi konstruktor bürosunun mühəndisi, böyük mühəndisi, Azərbaycan Kommunist Partiyası Nərimanov Rayon Komitəsinin sənaye və nəqliyyat şöbəsinin təlimatçısı olmuşdur. 1970–1973-cü illərdə Bakı elektrotermik avadanlığı zavodunun xüsusi konstruktor bürosunun baş konstruktoru, baş mühəndisi, 1973-cü ildən Azərbaycan KP Nərimanov Rayon Komitəsinin şöbə müdiri, Azərbaycan KP Mərkəzi Komitəsinin təlimatçısı vəzifələrində çalışmışdır. Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasının müdavimi olmuşdur.

Yaşar Qaraxanov 1979-cu Azərbaycan KP MK yüngül sənaye və xalq istehlakı məhsulları şöbəsi müdirinin müavini, 1981-ci ildən isə həmin şöbənin müdiri olmuşdur. 1987–1989-cu illərdə Azərbaycan SSR ticarət naziri vəzifəsində işləmişdir.[⇨]

Yaşar Qaraxanov 1968-ci ildən Sov.İKP üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin X və XI çağırış deputatı seçilmişdir.

Üst