Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur.

Timur Vaynşteyn

  • Ana Səhifə
  • Timur Vaynşteyn

Timur Vaynşteyn (tam adı: Timur Leonidoviç Vaynşteyn ; 1 mart 1974, Bakı) — televiziya prodüseri. Yarı azərbaycanlı, yarı yəhudi ailəsində doğulmuşdur.

Timur Vaynşteyn
Doğum tarixi 1 mart 1974(1974-03-01) (52 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan→
Rusiya Rusiya
Atası Leonid Vaynşteyn
Fəaliyyəti prodüser
Fəaliyyət illəri 1991-ci ildən
Təhsili
  • Azərbaycan Tibb Universiteti
Mükafatları I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Tərəqqi" medalı
IMDb ID1552433
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Timur Leonidoviç Vaynşteyn 1 mart 1974-cü ildə Bakıda anadan olub. 1991-ci ildən "Parni iz Baku" (Bakılı Oğlanlar) Şən və Hazırcavablar Klubu (KVN) komandasının bədii rəhbəridir. Bu komanda 1992-ci ilin çempionu, 1995-ci il yay kubokunun sahibi, 2000-ci ildə isə əsrin çempionu adına layiq görülüb. Timur Vaynşteyn 1996-cı ildə Azərbaycan Tibb Universitetinin həkim-psixiatr ixtisasını bitirib. 1997-ci ildə Rusiya Televiziya Mütəxəssisləri İnstitutunda televiziya rejissorluğu ixtisasına qəbul olunub. "VİD" telekompaniyasında müxbir, redaktor, rejissor, daha sonra "Tema" "Dobriy Veçer s Yuliyem Qusmanom" verilişlərinin rəhbəri, "Ças pik", "İşu tebya" və müxtəlif verilişlərin müəllifidir. 1998-ci ildə "VİD" telekompaniyasının ən yaxşı redaktoru seçilib. 2000-ci ildə "PlANETA KVN" proqramının və "KVN. 40 let shutya" serialının rejissorudur. 2000-ci ildən Rusiya Milli Kinematoqrafiya mükafatı "Nika"nın, 2003-cü ildən isə həm də "Slava" Rusiya Milli İdman mükafatının təqdimat mərasiminin prodüser və rejissorudur. 2001-ci ildən "Lean M" Prodüser Mərkəzinin təsisçilərindən biri və baş prodüseridir. Rusiyada yaşayır. 20-dən çox film və seriala prodüserlik edib.

Ailəsi

  • Babası, Moisey Vaynşteyn — bəstəkar və dirijor.
  • Atası, Leonid Vaynşteyn — bəstəkar, pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1987), Bakının "Parni iz Baku" ŞHK komandasının üzvü.
  • Anası, Bəyaz Vəzirova — musiqi müəlliməsi, Əbdürrəhman Vəzirovun bacısı.
  • Əmisi oğlu, Harri Kasparov — şahmatçı, 13-cü dünya çempionu (1985–2000)
  • Həyat yoldaşı, Yana Batırşina — gimnast. Olimpiya oyunlarının gümüş mükafatçısı, yeddiqat dünya, beşqat Avropa çempionu.
    • Qızı, Məryəm Vaynşteyn (doğ. 5 may 2005).
    • Qızı, Ayla Vaynşteyn (doğ. 17 may 2007).
    • Oğlu, Leonid Vaynşteyn

Filmoqrafiya

  1. Qala (film, 2008)
  2. Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
  3. Qırmızı bağ (film, 2016)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    İsmayıllı rayonu

  • Mart 26, 2026

    Kəlbəcər rayonu

  • Mart 26, 2026

    Nitq hissəsi

  • Mart 26, 2026

    Ağqoyunlular

  • Mart 26, 2026

    Mingəçevir

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst