Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə (1926, Bakı – 1995) — Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi. Seyid Hüseyn Sadiqnin oğlu.

Toğrul Sadıqzadə

Vikipediya, azad ensiklopediya
Toğrul Sadıqzadə
Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə
Doğum tarixi 1926(1926)
Doğum yeri Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 1995(1995) (68–69 yaşında)
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Seyid Hüseyn Sadiq
Anası Ümmügülsüm
Fəaliyyəti rəssam
Təhsili
  • Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbi (1949)
Mükafatları "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı

Toğrul Seyid Hüseyn oğlu Sadıqzadə (1926, Bakı – 1995) — Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi. Seyid Hüseyn Sadiqnin oğlu.

Toğrul Sadıqzadə 1926-cı ildə Bakıda, İçərişəhərdə, Azərbaycanın tanınmış yazıçısı Seyid Hüseynin və şairə Ümmügülsümün ailəsində dünyaya gəlib. Valideynləri 1937-ci ildə repressiya olunublar. 1949-cu ildə o, Ə.Əzimzadə adına Azərbaycan Rəssamlıq məktəbini bitirib. Portretlər, Füzulinin "Leyli və Məcnun” poemasına çəkdiyi miniatürlər ona geniş şöhrət qazandırır. 1951-ci ildə Respublika, Ümumittifaq və Beynəlxalq sərgilərdə iştirak edir. 1954-cü ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olur.

Üst