Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür

Tovuz quşu

Vikipediya, azad ensiklopediya
Tovuz quşu
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Amorphea
Klad:
Obazoa
Klad:
Opisthokonta
Klad:
Holozoa
Klad:
Filozoa
Klad:
Choanozoa
Aləm:
Heyvanlar
Yarımaləm:
Eumetazoylar
Klad:
ParaHoxozoa
Klad:
İkitərəflisimmetriyalılar
Klad:
Nephrozoa
Tipüstü:
Sonağızlılar
Tip:
Xordalılar
Sinif:
Quşlar
İnfrasinif:
Yenidamaqlılar
Klad:
Pangalloanserae
Dəstəüstü:
Galloanserae
Klad:
Pangalliformes
Dəstə:
Toyuqkimilər
Fəsiləüstü:
Phasianoidea
Fəsilə:
Qırqovullar
Cins:
Tovuz quşu
Beynəlxalq elmi adı
  • Pavo L., 1758[…]

Tovuz quşu (lat. Pavo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi. Monotipik növdür, yəni yarımnövlərə ayrılmır. İnsanlar tərəfindən əhliləşdirilib. 2 növü var: Adi tovuz quşu (Pavo cristatus) və Yava tovuz quşu (Pavo muticus).

Asiyada, xüsusən Şri-Lanka və Sumatra adalarında yayılmışdır. Normal inkişaf etmiş fərdin bədəninin uzunluğu 1,00-1,25 m, quyruğu 40-45 sm-ə qədərdir. "Gözcük"lərlə bəzənmiş lələklərlə örtülü quyruqüstlüyü (quyruqdan fərqlidir) 120-130 sm-ə çatır. Dekorativ quş kimi saxlanılır.

Qısa məlumat

Bədəninin uzunluğu 100—125 sm, quyruğunun uzunluğu 40—50 sm-ə, kütləsi 4—4,25-30 kq-a çatır. Baş, boyun və döşün bir hissəsi göy, bədənin aşağı hissəsi qara rəngdədir.ur və onlarda qu Dişiləri bir qədər kiçik olyruqüstlüyündəki lələklər olmur.Və dekorativ quş kimi az istifadə olunur.

Çoxalması

Tovuz quşları poliqam olub, bir qrupda 3-5 erkəklə yaşayır. Cinsi yetkinlik 2-3 yaşlarından başlayır. Apreldən sentyabr ayına kimi cütləşmə baş verir. Dişi yerə 4-10 yumurta qoyur, ildə 3 dəfə yumurtaqoyma baş verir. Kürt yatma müddəti 28 gündür.

Yayılması

Banqladeş, Nepal, Pakistan, Hindistan, Şri-Lanka, eləcə də İranda dəniz səviyyəsindən 2000 m hündürlükdə geniş yayılmışdır. Meşəlik ərazilərdə, əkin sahələrində və kəndlərin yaxınlığında yaşayır.

Təsərrüfat əhəmiyyəti

Qədim dövrlərdən etibarən tovuz quşunun lələkləri balıqçılıq mövzusu idi.[mənbə göstərilməlidir] Orta əsr cangavərləri dəbilgə və şapqaları bəzəmək üçün, qızlar isə bəzək əşyaları düzəltmək üçün tovuz quşunun lələklərindən istifadə edirdilər. XX əsrin əvvəllərində parkları bəzəmək üçün tovuz quşunu bəzən nadir hallarda saxlayırdılar, elə hesab edilirdi ki, onların xoşagəlməz səsləri və bağlarda yaratdığı zərərlər onun görünüşündəki zövgə uygun gəlmirdi. İndiki vaxtda bəzən dekorativ quş kimi saxlanılır.lələklərini bəzək kimi istifadə edirlər.

Həmçinin bax

Üst