Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

1. Sokrat və sokratçılar: Kiniklər → Antisfen  • Diogen  • Bion Boristenes  • Kerkidas  • Kratet və Hipparxia Kirenaçılar → Aristipp  • Hegesias  • Annikeris  •

Aleksandr (Afrodisialı)

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Afrodisiyalı Aleksandr
q.yun. Ἀλέξανδρος ὁ Ἀφροδισιεύς
q.yun. Τίτος Αὐρήλιος Ἀλέξανδρος
Doğum tarixi II əsr
Doğum yeri
  • Afrodisias
Vəfat tarixi III əsr
Fəaliyyəti filosof
Fəaliyyət illəri 200–300
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm   Homer   Hesiod   Ferekid   Yeddi yunan müdriki   Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Milet məktəbi
Fales   Anaksimandr   Anaksimen
Elea məktəbi
Ksenofan   Parmenid   Eleyalı Zenon   Melissus
Müstəqil filosoflar
Heraklit   Anaksaqor   Empedokl
Pifaqorçular
Pifaqor   Filolaus   Hippas   Arxitas   Alkmeon
Qədim yunan atomçuları
Levkipp   Demokrit
Sofistlər

"Böyük" sofistlər → Protaqor   Prodikus   Qorqias   Hippias

"Kiçik" sofistlər → Trasimaxus   Likofron   Kritius   Alkidamas
Klassik yunan fəlsəfəsi

1. Sokrat və sokratçılar:
Kiniklər → Antisfen   Diogen   Bion Boristenes   Kerkidas   Kratet və Hipparxia
Kirenaçılar → Aristipp   Hegesias   Annikeris   Teodorus   Evhemerus
MeqaraçılarEvklides   Stilpon   Evbulides   Diodorus Kronus
EretriyaçılarElidalı Fedon   Eretriyalı Menedem

2. Platon və erkən platonçular:
Spevsippus   Ksenokrates   Polemon   Krates   Heraklides   Eudoksus   Arkesilaus

3. Aristotel və erkən peripatetiklər:
Teofrastus   Evdemus   Straton   Dikearxus   Aristarxus   Demetri   Aristoksenus

Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Skeptisizm
Pirron   Enesidemus   Aqrippa
Epikürçülük
Epikür   Lukretius
Peripatetizm

Rodoslu Andronikus

Platonizm

Karneades   Kliptomaxus   Filon Larissalı

'Stoaçılıq'

Erkən dövrKitiyalı Zenon   Xrisippus   Kleantes

Orta dövr → Panetius   Posidonius
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Skeptisizm
Sekst Empirik
Stoaçılıq

Seneka   Epiktet   Mark Avreli   Siseron

Orta platonizm
Alkinous   Apuleyus   Qalen   Plutarx   Maksim   Filon   Selsus   Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas   Plotin   Porfirius   Amelius
Apameya məktəbi → Yamblix   Sopater
Perqama məktəbi → Sallustius   Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx   Proklus   Marinus   Simplikius   Damaskius

İskəndəriyyə məktəbi → Hierokles   Hipatiya   İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm   Hermetizm   Mitraizm
Neopifaqorçuluq → Apollonius   Nikomaxus   Numenius   Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement   Origen   Avqustin Avrelius   Boesius   Saxta Dionisius Areopagit

Afrodisialı Aleksandr (yun. Ἀλέξανδρος ὁ Ἀφροδισιεύς, II – III yüzilliklər) — Roma filosofu, peripatetik məktəbin ən görkəmli nümayəndələrindən biri. Aristotelin əsərlərinə şərhlər yazanlardan biri olmuşdur. O, həm də Aristotelin təlimini başqa məktəblərin nümayəndələrinin tənqidlərindən müdafiə edirdi. Buna görə də sonralar ona "Şəhrçi" adını vermişdirlər.

Aristotelin "İlk analitikasına" şərhlər, 1549

Fəaliyyəti

Aleksandrın məqsədi Aristoteli tanıtmaq, onun əsərlərindəki ziddiyyətləri ortadan qaldırmaq olmuşdur. Məlumdur ki o, Aristotelin "Metafizika", "Meteorologiya", "Topika", "Ruh haqqında", "Göy haqqında" kimi əsərlərinə ətraflı şərhlər yazmışdır. Onun bir çox əsərləri zamanımıza ərəb tərcümələri vasitəsilə gəlib çatmışdır. Çünki orta əsrlərdə ərəbdilli filosoflar Aristotelin və onun şərhçilərinin irsi ilə çox maraqlanmış və bu ənənəni davam etdirmişdirlər.

Aleksandr öz şərhlərini özünəməxsus şəkildə verirdi. O, Aristotelin kitabından hansısa bir sətri olduğu kimi verdikdən sonra, onun altında böyük həcmli şərhini yazmış və sonra başqa sətrə keçirdi. Beləliklə, bütün kitab şərh olunurdu.

Aleksandr Aristoteli peripatetik ənənəyə dayanaraq şərh edən sonuncu şərhçi olmuşdur. Ondan sonra peripatetik məktəbin ardıcılları platonçularla qarışmışdırlar.

Aristotelin şərhçisi kimi tanınmış Aleksandrın özünə məxsus fikirləri də olmuşdur. Məsələn, "Tale haqqında" (yun. Перὶἐἱμαρμένης, lat. De fato) əsərində o tale, azadlıq və təsadüf anlayışları haqqında düşünmüşdür. Aleksandr taleyin hər şeyi həll etməsini iddia edən stoaçılarla razılaşmırdı. Onun fikrincə tale qanunauyğunluqdur, ancaq zərurət deyildir. Bu qanunauyğunluğun içində təsadüfə də yer vardır. Belə olmasaydı, onda insan fəaliyyətinin heç bir mənası olmazdı. İnsanın hərəkət və davranışlarının səbəbi elə o özüdür, hər şeyi taleyin üzərinə atmaq olmaz.

Aleksandrın "Ruh haqqında" (yun. Περὶ Ψυχῆς, lat. De Anima) əsəri bir çox hallarda Aristotelin fikirlərini təkrarlayır. Onun fikrincə, ruh bədənin ondan ayrılmaz formasıdır. Ruhun bitkisel, duyğusal və düşüncəvi funksiyaları vardır. Düşünən ruhun özəlliyi mülahizə və təhlil etməkdir. Bunun vasitəsilə insan fikir irəli sürür və ya elmi araşdırma aparır. Eyni zamanda, iki çür ruh vardır: "imkanlı" (potensial) və "fail" (aktual). Birincisi doğuşdan təbiət tərəfindən verilir; o yazılmamış vərəqə bənzərdir. İkincisi isə sonradan qazanılan, məhz bu düşüncənin əsasını təşkil edir.

Bu əsərin ikinci hissəsində "Düşüncə haqqında" (yun. Περὶ νοῦ) adlanan bölüm vardır. Orada Aleksandr düşüncənin nə olması haqqında düşünür. Onun fikrincə insanda üç növ düşüncə vardır. Birincisi, doğuluşdan var olur və o ən ibtidaisidir; ikincisini insan öz fəaliyyəti nəticəsində əldə edir; üçüncüsü isə insana əlavə olaraq daxil edilir. Onun vasitəsilə də düşünmə qabiliyyəti yaranır.

Həmçinin bax

  • Peripatetiklər
  1. http://clas-lgpn2.classics.ox.ac.uk/id/V5b-1561.
  2. Александр Афродисийский // Античная философия: Энциклопедический словарь 2021-01-24 at the Wayback Machine / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
  3. Солопова М. А. Александр Афродисийский и его трактат "О смешении" в контексте истории комментаторской традиции аристотелизма 2018-05-08 at the Wayback Machine. М.: Наука, 2002, s. 187-188.
Üst