Tülkü (lat. Vulpes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi.
| Tülkü | ||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||
| Elmi təsnifat | ||||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Klad: Olfactores Yarımtip: Onurğalılar İnfratip: Ağızçənəlilər Klad: Eugnathostomata Klad: Teleostomi Klad: Sümüklü balıqlar Klad: Xoanlar Klad: Rhipidistia Klad: Tetrapodomorpha Klad: Eotetrapodiformes Klad: Elpistostegalia Klad: Stegocephalia Klad: Dördayaqlılar Klad: Reptiliomorpha Klad: Amniota Sinif: Məməlilər Klad: Theriimorpha Klad: Theriiformes Klad: Trechnotheria Klad: Cladotheria Klad: Prototribosphenida Klad: Zatheria Klad: Tribosphenida Yarımsinif: Vəhşi heyvanlar Klad: Euteriyalar İnfrasinif: Plasentalılar Maqndəstə: Boreoeutheria Dəstəüstü: Lavrazioterilər Klad: Scrotifera Qranddəstə: Ferungulata Mirdəstə: Ferae Klad: Pan-Carnivora Klad: Carnivoramorpha Klad: Yırtıcıkimilər Dəstə: Yırtıcılar Yarımdəstə: İtkimilər Fəsilə: İtlər Yarımfəsilə: Caninae Triba: Vulpini Cins: Tülkü | ||||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||||
| ||||||||||||
| ||||||||||||
Təsviri
Canavarlardan fərqli olaraq, tülkülərin, uzunsov sifəti, böyük sivri qulaqları, vertikal oval şəkilli göz bəbəkləri var. Azərbaycanın bütün ərazilərində mövcuddur. Adi, ya da kürən tülküsü daha geniş yayılıb. Onların bədəninin uzunluğu 90 sm, quyruğu isə 60 sm çatır. Belinin rəngi kürən, qarnı ağ, hərdən qara olur. 14-15 yarımnöv mövcuddur, onların çoxluğu arealın böyük olmasıyla bağlıdır. Yalnız meşələrdə və dağlarda yox, o cümlədən açıq yerlərdə yaşayır və balalayırlar.
Həyat tərzi
Özü qazdığı ya da boş yuvalarda məskən salır. Yeməyini gəmiricilər, dovşanlar, quşlar, müxtəlif bitkilər, balıqlar, sürünənlər təşkil edir. Yeməyi yaşadığı mühitdən asılıdır. Ov vaxtı mürəkkəb davranış formalı nümayiş etdirir (təsadüfi deyil ki, rus folklorunda tülkü ağıl və bicliyinin simvoludur).
Tək həyat tərzi sürür, bala tülküləri həyata gətirmək və böyütmək üçün cütlük yaradırlar. Hamiləlik dövrü 49-58 gün olur. 4-12 bala doğur. Balaları böyütmək prosesində erkək və dişi iştirak edirlər. Tülkülər xəzli heyvan ovçuluğunun obyektidir. Onlar əsasən 10 bəziləri isə 9 il yaşayır.
Qidalanma
Tülkü müxtəlif quş növləri (toyuq, bildirçin və s.), gəmiricilər (siçan, dovşan və s.) və böcəklərlə qidalanır.
