| 2016-ci ildə Bakıda keçirilmiş 42-ci şahmat olimpiadasında. | |
| Ölkə | |
| Doğum tarixi | |
| Doğum yeri | Sumqayıt, Azərbaycan SSR, SSRİ |
| Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2007) |
| Son reytinqi |
|
| Maksimal reytinqi | 2.322 (mart 2011) |
| FİDE nömrəsi | 13402005 |
Türkan Həmid qızı Məmmədyarova (7 avqust 1989, Sumqayıt) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2007).
Şahmat karyerası
Şəxsi
2002-ci ildə İspaniyanın Peniskola şəhərində keçirilmiş 14 yaşadək qızlar arasında Avropa çempionatında birinci yerə çıxıb.
2003-cü ildə Yunanıstanın Xalkis şəhərində keçirilmiş 14 yaşlı qızlar arasında dünya birinciliyində liderdən yarım xal az toplayaraq 8,5 xalla gümüş medala layiq görülüb.
2011 və 2012-ci illərdə qadınlar arasında şahmat üzrə Azərbaycan çempionu olub.
Komanda
Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində 2002-ci ildə Sloveniyanın Bled, 2008-ci ildə Almaniyanın Drezden, 2010-cu ildə Rusiyanın Xantı-Mansi, 2012-ci ildə Türkiyənin İstanbul şəhərlərində keçirilmiş Ümumdünya Şahmat Olimpiadalarında, və 2003-cü ildə Bolqarıstanın Plovdiv, 2007-ci ildə Yunanıstanın İraklion, 2009-cu ildə Serbiyanın Novi Sad, 2011-ci ildə Yunanıstanın Porto Karras, 2013-cü ildə Polşanın Varşava şəhərlərində keçirilmiş komandalar arasında Avropa çempionatlarında çıxış etmişdir.
2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın ikinci komandasının heyətində birinci lövhədə mübarizə aparmışdır.
Reytinqi
FİDE-nin rəsmi saytında dərc olunmuş 2017-ci ilin fevral ayına olan məlumata görə Türkan 2307 xalla Azərbaycan qadın şahmatçıları arasında 6-cı, "Top 100 Women February 2017" reytinq cədvəlində isə 182-ci yerdə qərarlaşıb.
Şəxsi həyatı
Türkanın qardaşı Şəhriyar və böyük bacısı Zeynəb də beynəlxalq şahmat aləmində qrosmeyster kimi tanınırlar. Məmmədyarovlar ailəsi Azərbaycanda üç beynəlxalq qrosmeyster yetişdirmiş yeganə şahmat ailəsidir.
- Yaşayan insanlar
- 7 avqustda doğulanlar
- 1989-cu ildə doğulanlar
- Əlifba sırasına görə şahmatçılar
- Sumqayıtda doğulanlar
- Azərbaycanın qadın şahmatçıları
- Azərbaycanlı şahmatçılar
- Qadın şahmat qrosmeysterləri
- Şahmat Olimpiadalarının iştirakçıları