| Uzunsaplaq palıd | ||||||
|---|---|---|---|---|---|---|
| Elmi təsnifat | ||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Fabidlər Dəstə: Fıstıqçiçəklilər Fəsilə: Fıstıqkimilər Yarımfəsilə: Palıdkimilər Cins: Palıd Növ: Yay palıdı Yarımnöv: Uzunsaplaq palıd | ||||||
| Beynəlxalq elmi adı | ||||||
| ||||||
| ||||||
Uzunsaplaq palıd (lat. Quercus robur subsp. pedunculiflora) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin palıd cinsinin yay palıdı növünə aid bitki yarımnövü.
Ümumi yayılması
Qafqaz (Gürcüstan) və Qərbi Avropada təbii halda yayılmışdır.
Azərbaycanda yayılması
Samur-Dəvəçi, Kür-Araz düzənliyi, Alazan-Əyriçay dərəsi, Lənkəran və Kür düzənliklərində rast gəlinir.
Statusu
Azərbaycanın nadir bitkisidir. LC.
Bitdiyi yer
Dağ yamaclarında qarışıq meşələrdə çay sahillərindən kənarda rast gəlinir.
Təbii ehtiyatı
Arealı genişdir, ancaq fərdərin populyasiyada yerləşməsi seyrəkdir.
Bioloji xüsusiyyətləri
Hündürlüyü 40 m olan geniş çətirli ağacdır. Yarpaqları qalın dərivıarı, uzunsov olub, kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir. Zoğları çılpaq, bozumtul-qəhvəyi rəngdədir. Yarpaqlarının uzunluğu 5-15 sm, eni 5-9 sm, tərs yumurtavarı, uzunsov olub, uc tərəfdən sıxılmış (daralmış), dərivarı, bərk, üst tərəfdən tünd-yaşıl, çılpaq və ya nazik sıx tüklərlə örtülmüş, oturacaqdan çox da iri olmayan qulaqcığa malik olub, ürəkvarı və ya zəif pazvarıdır. Kənarları oyuqvarı qeyri-bərabər dərin dilimlidir Üç tərəfdən enli, küt, gödək, dilimli, hər tərəfdən 3-7, enli, küt, gödək və ya uzun, forma və ölçücə bir-birinə oxşamayan dilimlərə malikdir. Oyuqların arası yarpaqların eninə görə 1/4-dən 3/4-ə qədər çatır. Yarpaqların saplağı 0,5-1,5 sm uzunluqdadır. Meyvələr 3-8 sm uzunluqda, yoğun saplaqlar üzərindədir. Qozalar 3-4 sm uzunluqda, dar silindr formalı, çanaqcıqlardan çölə çıxandır. Çanaqcıqlar kasa formalı, yoğun və dərindir. Pulcuqlar qısa, küt, enli üçbucaqşəkilli və ya dairəvi olub, çanaqcıqların ətrafına düzülmüşdür. Çanaqcıqlar və pulcuqlar sıx qonur tüklərlə örtülmüşdür. Çiçəkləməsi yarpaqlanma ilə birgə mart-aprel ayında başlayır. Qozası oktyabr-noyabr aylarında yetişir.
Çoxalması
Təbiətdə toxumla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi
Mədəni şəraitdə becərilir.
Qəbul edilmiş qoruma tədbirləri
Qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri
Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.
Sinonimləri
Homotipik sinonimləri
- Quercus brutia subsp. pedunculiflora (K.Koch) O.Schwarz
- Quercus pedunculata subsp. pedunculiflora (K.Koch) Maire & Petitm.
- Quercus pedunculata var. pedunculiflora (K.Koch) Stoj. & Stef.
- Quercus pedunculiflora K.Koch
- Quercus pedunculiflora var. typica A.Camus
Heterotipik sinonimləri
- Quercus erucifolia Steven
- Quercus erucifolia subsp. longipes (Steven) O.Schwarz
- Quercus erucifolia subsp. pinnatipartita (Boiss.) O.Schwarz
- Quercus haas var. atrichoclados Borbás & Bornm.
- Quercus haas var. pinnatipartita Formánek
- Quercus kurdica Wenz.
- Quercus longipes Steven
- Quercus mestensis Bondev & Gancev
- Quercus pedunculata f. erucifolia (Steven) Medw.
- Quercus pedunculata f. glabrecens Medw.
- Quercus pedunculata var. longipetiolata Medw.
- Quercus pedunculata f. longipetiolata Medw.
- Quercus pedunculata var. pinnatipartita Boiss.
- Quercus pedunculiflora var. erucifolia (Steven) Gagnidze
- Quercus pedunculiflora f. glaucescens Medw.
- Quercus pedunculiflora var. pinnatipartita (Boiss.) A.Camus
- Quercus pedunculiflora var. virescens K.Koch
- Quercus petraea f. pinnatifida Cristur.
- Quercus pinnatipartita (Boiss.) O.Schwarz
- Quercus robur var. erucifolia (Steven) Asch. & Graebn.
- Quercus robur subsp. longipes (Steven) Hedge & Yalt.
Həmçinin bax
- Yay palıdı