| Vüsal Sultanov | |
|---|---|
| |
| Şəxsi məlumatlar | |
| Doğum yeri | Şabran, Azərbaycan |
| Vətəndaşlığı | |
| Hərbi fəaliyyəti | |
| Mənsubiyyəti | |
| Qoşun növü | Çevik Hərəkat Dəstəsi |
| Rütbəsi | General-mayor |
| Vəzifəsi | Azərbaycan Dövlət Sərhəd Xidməti Qubadlı Əlahiddə Sərhəd Divizyasının komandiri |
| Döyüşlər | Aprel döyüşləri Tovuz döyüşləri İkinci Qarabağ müharibəsi |
| Təltifləri | |
| | |
Vüsal Eynulla oğlu Sultanov (Şabran rayonu, Azərbaycan SSR) — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Dövlət Sərhəd Xidməti Qubadlı Əlahiddə Sərhəd Divizyasının komandiri, İkinci Qarabağ müharibəsi iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı.
Həyatı
Vüsal Sultanov Şabran rayonunda anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin general-mayorudur. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsinin iştirakçısıdır. 9 dekabr 2020-ci ildə göstərdiyi şücaətə görə "Vətən Müharibəsi Qəhrəmanı" medalı, 24 dekabr 2020-ci ildə isə "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Vüsal Sultanov Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin ərazilərində Azərbaycan bayrağının ucaldılması barədə Prezidentə məruzə etmişdir.
Vətən müharibəsində iştirakı
Vüsal Sultanov Vətən müharibəsinin ən çətin 5 döyüşündən biri olan Əmirvarlı döyüşlərinə rəhbərlik edib. Polkovnik Sultanov oktyabr ayının 8-dən başlayaraq Əmirvarlı səddinin yarılması üçün gedən əməliyyatlarda iştirak edib. Ermənistan ordusunun müdafiə xəttinin birinci, ikinci eşalonundan geri çəkilmiş qüvvələri son ümid kimi bu səddə cəmləşdiyindən səddi yarmaq çətin olmuşdur. DSX-nin Çevik Hərəkat Bölmələri Əmirvarlıda 8 gün fasiləsiz döyüşlər aparmışdır. Son döyüşündə ağır yaralanan Vüsal Sultanov daha sonra xidmətini DSX -nin Çevik Hərəkat Dəstəsinin komandanının müavini kimi davam etdirir. DSX-nin Baş Qərərgahının Dövlət Sərhəd Mühafizəsi Baş İdarəsinin sabiq rəisi olmuş hal hazırda Qubadlı əlahiddə sərhəd diviziyasının komandiri vəzifəsinni yerinə yetirir.
Təltifləri
(18 avqust 2013) — "Hərbi xidmətlərə görə" medalı
(16 avqust 2016) — "İgidliyə görə" medalı
(16 avqust 2019) — 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni
(9 fevral 2020) — "Vətən Müharibəsi Qəhrəmanı" medalı
(24 dekabr 2020) — "Cəbrayılın azad olunmasına görə" medalı
(2 fevral 2024) — "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı
- Azərbaycan Silahlı Qüvvələrinin general-mayorları
- Vətən Müharibəsi Qəhrəmanları
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilənlər
- "İgidliyə görə" medalı ilə təltif edilənlər
- "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilənlər
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Azərbaycan generalları
- Azərbaycanlı generallar
