Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Az

Vahid Əhmədov

  • Ana Səhifə
  • Vahid Əhmədov

Vahid Qazməmməd oğlu Əhmədov (2 aprel 1947, Qonaqkənd, Qonaqkənd rayonu) — Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990–1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III, IV, V və VI çağırış millət vəkili. Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru.

Vahid Əhmədov
Azərbaycan Respublikasının Milli Məclisi III, IV, V və VI çağırış deputatı
Vəzifədədir
2005-ci ildən
Seçki dairəsi2005, 2010, 2015, 2020 — 52 saylı Quba
ƏvvəlkiVəzifə təsis edildi.
Azərbaycan Respublikası baş nazirinin birinci müavini
16 may 1992 – 6 yanvar 1994
Baş nazirRəhim Hüseynov (1992-1993)
Pənah Hüseyn (1993)
Surət Hüseynov (1993-1994)
ƏvvəlkiFeyruz Mustafayev
SonrakıFuad Quliyev
Azərbaycan Respublikası baş nazirinin müavini
23 aprel 1992 – 16 may 1992
Baş nazirFeyruz Mustafayev (1992)
Rəhim Hüseynov (1992-1993)
ƏvvəlkiAydın Əzizbəyov
SonrakıFirudin Cəlilov
Azərbaycan Ali Sovetinin XII çağırış deputatı
1990 – 1992
Seçki dairəsi53 nömrəli "Gənclik"
Şəxsi məlumatlar
Doğum adı Vahid Qazməmməd oğlu Əhmədov
Doğum tarixi 2 aprel 1947(1947-04-02) (78 yaş)
Doğum yeri
  • Qonaqkənd, Qonaqkənd rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • bitərəf
Təhsili
  • Azərbaycan Politexnik İnstitutu (1965–1971)
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 20172017 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı — 19911991 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Vahid Əhmədov 2 aprel 1947-ci ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur.

1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965–1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.

1989–1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.

1967–1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır.

1971–1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972–1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.

1981–1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır.

1983–1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.

Ailəsi

Ailədə 9 uşaq olublar. 33 yaşında ailə həyatı qurmuşdur. İki övladı — 1 oğlu və 1 qızı var. Övladlarının hər ikisi hüquqşünasdır.

Siyasi fəaliyyəti

1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur.

1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasına qarşı səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.

Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur.

Nazirlər Kabinetində

Azərbaycan Respublikası Prezidentinin 23 aprel 1992-ci il tarixli 694 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir. 16 may 1992-ci ildə həmin vəzifədən azad edilərək, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini təyin edilmişdir. 18 may 1992-ci ildə həmin vəzifəyə yenidən təsdiqlənmişdir. 29 aprel 1993-cü ildə də yenə həmin vəzifəyə təsdiqlənmişdir. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1993-cü il tarixli 56 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad edilmişdir. Azərbaycan Respublikasının Milli Məclisi 6 yanvar 1994-cü ildə Vahid Əhmədovun Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsindən azad olunmasına razılıq vermişdir.

Parlamentdə

Ali Sovetdə

1990-cı ildə Bakı şəhərinin Nizami rayonu 53 nömrəli "Gənclik" seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat, 2005 və 2010-cu illərdə 2 dəfə 52 saylı Quba seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilmişdir.

26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. 30 iyun 1992-ci ildə Milli Məclisində təşkil olunmuş İqtisadi siyasət komissiyasına üzv təsdiq edilmişdir.

Milli Məclisdə

2005-ci il parlament seçkiləri ərəfəsində, 13 iyul 2005-ci ildə Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Liberal Partiyası və bir qrup müstəqil siyasətçi Yeni Siyasət Seçki Blokunu (qısaca YeS) təsis etmiş və vahid namizədlərlə seçkiyə qatılmışdır. YeS-in vahid siyahısından 2 müstəqil namizəd — 52 saylı Quba seçki dairəsi üzrə baş nazirin sabiq müavini Vahid Əhmədov və 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə sabiq baş nazir Əli Məsimli deputat seçilmişdir.

13 dekabr 2005-ci ildə Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının üzvü seçilmişdir. Milli Məclisin komissiyaları komitələrə çevrildikdən sonra, 14 aprel 2009-cu ildə İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir.

13 dekabr 2005-ci ildən Azərbaycan—Almaniya, Azərbaycan—Xorvatiya, Azərbaycan—Rusiya, Azərbaycan—Türkmənistan, 27 fevral 2007-ci ildən Azərbaycan—Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində fəaliyyət göstərmişdir.

7 dekabr 2010-cu ildə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü seçilmişdir.

Əhmədovun Mehman Hüseynova verdiyi müsahibədə səsləndirdiyi fikirlər Milli Məclisdə müzakirələrə səbəb olmuşdur.

Elmi fəaliyyəti

Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir. Müəllifi olduğu 72 səhifəlik "Sahibkar-menecment" kitabı 2000-ci ildə Bakıdakı "Qanun" nəşriyyatında Azərbaycan dilində nəşr olunmuşdur.

Mükafatları

  • SSRİ 1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir.
  • Azərbaycan SSR Prezidentinin 29 yanvar 1991-ci il tarixli 150 nömrəli Fərmanı ilə ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
  • Azərbaycan Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
  • Azərbaycan Azərbaycan Respublikasının Şöhrət ordeni

Haqqında

İmaməddin Zəkiyev onun barəsində 2001-ci ildə "Qonaqkənddən başlanan yol" adlı sənədli povest yazmışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Beynəlxalq telefon kodları

  • Mart 27, 2026

    Davud peyğəmbər

  • Mart 26, 2026

    Honkonq

  • Mart 26, 2026

    Kimyəvi reaksiya

  • Mart 26, 2026

    Əfşarlar dövləti

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst