| Veliko Tırnovo | |||||
|---|---|---|---|---|---|
| Велико Търново | |||||
| |||||
| |||||
| 43°04′43″ şm. e. 25°37′41″ ş. u.HGYO | |||||
| Ölkə |
| ||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 220 ± 1 m | ||||
| Əhalisi | |||||
| Əhalisi | 60 067 nəfər | ||||
| Rəsmi dili |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +359 62 | ||||
| Poçt indeksi | 5000 | ||||
| Nəqliyyat kodu | ВТ | ||||
| Digər | |||||
| veliko-tarnovo.bg/bg/ | |||||
![]() Veliko Tırnovo | |||||
Veliko Tırnovo (bolqar. Велико Търново "Böyük Tırnovo") — Bolqarıstanda şəhər. 1187-1393-cü illər arasında İkinci Bolqarıstan İmperiyasının paytaxtı olduğu üçün Bolqarıstan tarixində əhəmiyyətli bir şəhərdir.
1965-ci ildə ona böyük və ya əzəmətli mənasını verən Veliko adı verilmişdir.
2022-ci ildən etibarən Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşmışdır.
Tarixi
Şəhər 1878-1879-cu illərdə İkinci Bolqarıstan İmperiyasının və Bolqarıstan Knyazlığının paytaxtı olmuşdur. Orta əsrlərdə Tarnovqrad adlanırdı və getdikcə Tırnovo kimi tanınmağa başladı. 1965-ci ildə şəhərin İkinci Bolqarıstan İmperiyasının paytaxtı olduğu dövrdəki şöhrətinin şərəfinə adı dəyişdirilərək Veliko Tırnovo oldu. Zəngin mədəni və tarixi irsi sayəsində Veliko Tırnovo mühüm turizm mərkəzidir.
Veliko Tirnovonun tarixi yaşayış məntəqəsi Tsarevets və Trapezitsa təpələri arasında axan Yantra çayının sahilində yerləşirdi. Trapezitsada aparılan qazıntılar nəticəsində e.ə. III-cü minilliyə aid qalıqlar aşkar edilib və bu da yaşayış məntəqəsinin tarixinin daha erkən dövrünü göstərir. XI-ci əsrdə yaşayış məntəqəsi divarlarla əhatə olunmuş və güclü müdafiəyə malik idi. Ivan Asen və onun qardaşı II Pyotrun başçılıq etdiyi Tırnovoda Bolqar üsyanından sonra 1185-ci ildə paytaxtı Tırnovo olmaqla İkinci Bolqar Krallığı quruldu. Paytaxt statusu sayəsində həm də Bolqarıstan arxiyepiskopluğunun mərkəzinə çevrildi. 1242-ci ildə Batı xanın qoşunları tərəfindən dağıdıldı. Bundan sonra Şərqi Avropanın əksər krallıqları kimi bolqarlar da Qızıl Ordanın hakimiyyətini tanıdılar. Həmin andan Bolqarıstan krallığı hakimiyyətini itirməyə başladı və bir çox müstəqil knyazlıqlar meydana çıxdı (Vidin, Braniçevo və s.). Bu vəziyyət Tırnovonun əvvəlki əhəmiyyətini itirməsinə səbəb oldu, lakin Tırnovo Bolqarıstan Krallığı kimi tanınan ölkənin paytaxtı statusunu saxladı. Tırnovo Krallığı 1393-cü ildə Osmanlı İmperiyasının tərkibinə daxil edildi.
24 iyun 1877-ci ildə rus qoşunları tərəfindən tutuldu. Bu dövrdə türk əhalisinin böyük bir hissəsi şəhəri tərk etmək məcburiyyətində qaldı.
Tırnovo 1878-1879-cu illərdə qısa müddət ərzində Berlin müqaviləsi əsasında yaradılmış Bolqarıstan Knyazlığının paytaxtı oldu. İlk Bolqarıstan parlamenti 1878-ci il aprelin 16-da burada toplandı. Ölkənin ilk konstitusiyası olan Tırnovo Konstitusiyası 1879-cu il aprelin 16-da burada elan edildi.
1913-cü il zəlzələsi şəhərə böyük ziyan vurdu, bir çox tarixi binalar dağıldı. 1965-ci ildə şəhərin tarixi əhəmiyyəti nəzərə alınaraq Veliko (Böyük) Tırnovo adlandırıldı.
Bolqarıstan Parlamentinin (Народно събрание) 2019-cu il tarixli qərarı ilə Veliko Tırnovo şəhəri Bolqarıstanın Tarixi və Ruhani paytaxtı elan edilmişdir.
Adının mənşəyi
Qədim bolqar dilindən "trънев", yəni “tikanlı” və градъ – “qapalı yer, qala” sözündən yaranmışdır.
Simvolları
Tırnovonun gerbində üç şir olan bir fiqur təsvir edilmişdir. “Müqəddəs Qırx Şəhid” kilsəsində aparılan qazıntılar zamanı hökmdarların bənövşəyi rəngli paltarları tapıldığı üçün şəhərin bayrağı üçün bənövşəyi rəngdən istifadə edilib. Veliko Tırnovonun açarı və boyunbağı da var. Şəhərin ilk məlum gerbi 1921-ci ilə aiddir və Dimitar Bağrilovun əsəridir.
Coğrafiyası
Məkanı

Şəhər Yantra çayı boyunca yerləşir. Şərqi və Qərbi Bolqarıstanı (Varna – 222 km, Sofiya – 219 km, Plovdiv – 226 km, Burqas – 216 km) və Mərkəzi Avropanı Kiçik Asiya ilə (Ruse – 107 km, Kapitan Andreevo – 217 km) birləşdirən əsas yolların kəsişməsindədir. 9 saylı Avropa nəqliyyat dəhlizi Veliko Tırnovodan keçir. Qonşu Gorna Oryahovitsa şəhərində (9 km) hava limanı və Şimali Bolqarıstanın ən böyük dəmir yolu stansiyası yerləşir.
Şəhər ətraf qəsəbələrlə birlikdə 128.867 nəfər əhalisi olan aqlomerasiya təşkil edir. Şəhər şərqdən və şimal-şərqdən Arbanaşkoto Bardo, şimaldan Kartala, qərbdən Kozluca, cənubdan Dalğa Laka rayonları əraziləri ilə həmsərhəddir.
Şəhər ərazisi 20,4 km², torpaq sahəsi isə 30,379 km² əhatə edir.
Relyefi
Veliko Tırnovonun relyefi müxtəlifdir - düz-təpəli və dağlıq.
Şəhər dəniz səviyyəsindən orta hesabla 208 m. yüksəklikdə, mənzərəli dərələrin yamaclarında və Yantra çayının sahillərində yerləşir, təbii olaraq çay və ətrafdakı qayalı silsilələr tərəfindən qorunur. Veliko Tırnovonun yerləşdiyi təpələr qum, gil və boz mergel qatları olan əhəngdaşıdan ibarətdir.
Mağaraları

Veliko Tırnovonun yaxınlığında təxminən 50 mağara və qayalıqlar var. Onlar Yura dövrü və Təbaşir dövrünə aid əhəng daşlarda əmələ gəlmişdir. Mağaraların çoxu Arbanaşkoto Bardo və Derventa dərəsində qayalı silsilənin ətrafında yerləşirlər.
Suları

Bölgənin ən böyük su arteriyası Yantra çayıdır, su hövzəsi 7862 km²-dir. Qolları Rositsa, Stara, Djulunska, Qolyama, Vesselina, Vidima, Belitsa, Dryanovska, Neqovanka və s. çaylarıdır.
Əsas içməli su 25-dən çox yaşayış məntəqəsinini su ilə təmin edən Yovkivska Su Elektrik stansiyası vasitəsi ilə ötürülür. Şəhər daxilində 18 mikrodam var. Buralar yeraltı mineral sularla da zəngindir. Termal mineral sular Voneşta Voda kəndi yaxınlığında yerləşir.
Torpaqları

Torpaq müxtəlifliyi böyükdür: şimalda Qaratorpaqlar, cənubda isə boz meşə torpaqları üstünlük təşkil edir. Qaratorpaqlarda taxıl və yem bitkiləri, dənli bitkilər, tərəvəzlər becərilir. Boz meşə torpaqlarında daha az humus var, ona görə də gübrələmə tələb olunur. Daimi suvarma onların məhsuldarlığını artırır.
Təpəcikləri

Veliko Tırnovo bir neçə təpədə yerləşir. Tsarevets, Trapezitsa və Momina Krepost təpələri İkinci Bolqar İmperiyası dövründə çarların və boyarların əsas mərkəzləri idi. Momina Krepost (Kaz Hisar) yaxınlığında Korteş və Dalboki tələləri də var. Sveta qora adlanann təpəcik mənəvi və ədəbi mərkəz idi, bu gün onun bir hissəsində Veliko Tırnovo Universitetinin rektorluğunun binası yerləşir.
Şəhərin ən yüksək nöqtəsi dəniz səviyyəsindən 241 m yüksəklikdədir.
Ekologiyası
XX-ci əsrin əvvəllərində ətrafdakı təpələrin bir hissəsi meşəsizləşdi və 1960-cı illərdə heç vaxt güclü bitki örtüyü olmayan yerlərdə meşə salınmasına başlanıldı. Şəhərdə qorunan ərazilər "Devent", "Sini Vir", "Orlovets" və "Arbanaşki Vazvışeniya" hissələridir.
İqlimi

İqlimi mülayim kontinentaldır – yayı isti (iyulun orta temperaturu 21,8 °C, maksimum 41,1 °C), soyuq qışı (yanvarın orta temperaturu -0,6 °C və minimumu -28,1 °C). Orta illik temperaturu 11,5 °C-dir. İllik nisbi rütubət 50-70% aralığındadır. Orta illik yağıntı 680 mm-dir, maksimum yay və minimum qışdır.
Şəhərin coğrafi mövqeyinə görə, üstünlük təşkil edən küləklər qərb və şimal-şərq istiqamətindədir və əsasən çay ətrafı boyunca güclənir. Şəhərdə şimal-qərb və cənub-qərb küləkləri üstünlük təşkil edir. Küləyin sürəti 12–15 m/s arasında dəyişir.
Flora və faunası

Veliko Tırnovo ərazisində yarpaqlı meşələr üstünlük təşkil edir (88%) - fıstıq, vələs, palıd, gilas, qovaq, cökə və s., iynəyarpaqlı ağaclardan küknar, şam ağacı və s. Yantra çayının yaxınlığında və bulaqların və bataqlıqların yaxınlığında yaşıl yosunlar, diatomlar, 25-dən çox göbələk növünə rast gəlinir.
Rayonun meşələrində cüyür, maral, dovşan, skunk, kirpi, qarğa, qaranquş, leylək, qu, bayquş, qırqovul, şahin və s. müxtəlif heyvan və quş növləri var.
Tarixi
E.ə. və Antik dövr
Veliko Tırnovonun 6000 ildən çox tarixi var, həyatın ilk dəlili e.ə əvvəl 4000-ci ilə aiddir. İndiki şəhərin ətrafında ilk sakinlərin izlərinə Yantra çayının sahillərində rast gəlmək olar. Frakiya mədəniyyətinin izləri Kaçitsa bölgəsində, Asenova Mahala və Dərvent dərəsində Frakiya yaşayış məntəqələrinin qalıqlarıdır. Arxeoloqların fikrincə burada Frakiya tayfalarının məntəqəsi mövcud idi. Yaşayış binalarının qalıqları, çoxlu gil qablar, əmək alətləri, silahlar, məişət əşyaları və zinət əşyaları, həmçinin Rodos adasından amfora parçaları, e. ə. IV-III əsrlərə aid keramika parçaları aşkar edilmişdir.
Erkən Bizans dövrü (IV - VI əsrlər)

Tsarevets qalasında möhkəmləndirilmiş Roma şəhəri mövcud idi. İllər sonra bu təpədə mühüm möhkəmləndirilmiş Bizans məskəni yarandı. 1970-ci illərin ortalarında aparılan qazıntılar zamanı imperatorlar Anastasius (491–518) və Yustinian (527–565) dövrünə aid sikkələr tapılmışdır. Bu dövrə aid yeddi erkən xristian kilsəsinin qalıqları və Yannina və Kanlakay qalaları tapılıb.
Erkən Bolqar dövrü (VII-XX-ci əsrlər)
VI-cı əsrin ikinci yarısında slavyanların və proto-bolqarların hücumları zamanı bu ərazidəki Bizans şəhəri dağıdılmış və xarabalıqlar üzərində slavyanlar və proto-bolqarlar tərəfindən erkən xristian şəhəri yaradılmışdır. Bunu arxeoloji qazıntılar zamanı tapılmış proto-bolqar tipli yaşayış məskənləri, keramika, məişət əşyaları, alətlər və gil qablardan müəyyən etmək olar. Bölgədəki proto-bolqar və slavyan əhalisini nəzərə alsaq, şəhər, ehtimal ki, bolqar hökmdarlarının iqamətgahlarından biri idi. Bu dövrdə şəhərdə böyük bolqar qarnizonu var idi.
Bizans hakimiyyəti (XI-XII-ci əsrlər)
Şəhər Bizans hakimiyyəti dövründə mühüm qala olaraq qalmışdıdı, baxmayaraq ki, Birinci Bolqar Krallığının bəzi tikililəri – kilsələr və hərbi qarnizonlar dağıdılmıçdı. 1185-ci ildə başlanan üsyan haqqında məlumat şəhərdə boyarların, yüksək ruhanilərin və sənətkarların əhəmiyyətli dərəcədə mövcud olduğunu deməyə əsas verir.
İkinci Bolqar Krallığı

1185-ci ilin üsyanından sonra bolqar feodalları IV Pyotr və I İvan Asen Bizans hökmüdarlığını devirərək İkinci Bolqar Krallığını yaratdılar.
1186-1393-cü illərdə Veliko Tırnovo İkinci Bolqar Krallığının paytaxtı, Bolqar krallarının tacqoyma yeri və arxiyepiskopun iqamətgahı, 1235-ci ildə isə Bolqar patriarxlarının iqamətgahı idi. Şəhər Balkanlarda əsas dini və iqtisadi mərkəzə çevrildi. Tırnovalı tacirlər Avropanın bir çox şəhərləri, o cümlədən Genuya və Venesiya ilə ticarət əlaqələri qurdular. Şəhərin mənəvi, ədəbi-bədii həyatı misli görünməmiş çiçəklənməyə çatdı. Müasirləri coşğulu təsvirlərində Veliko Tırnovonu "kral şəhəri" və hətta "Konstantinopoldan sonra ikinci" adlandırırdılar.
1360-1370-ci illərdə Tırnovo tatar tayfalarının bir neçə hücumu və mühasirəsinə məruz qalmışdır.
1393-cü ildə türklər Tırnovonu ələ keçirdilər. Ancaq türk hakimiyyəti illərində də Tırnovo böyük iqtisadi mərkəz olaraq qaldı. Şəhər 1878-ci ilə qədər, Rusiya-Türkiyə müharibəsi zamanı azad edilənə qədər Osmanlı hakimiyyətinin tərkibində idi.
Veliko Tırnovo sosializm dövründə
Şəhərin digər kiçik şəhərlərə yaxınlığı, mühüm nəqliyyat əhəmiyyəti və yaxşı sənətkarlıq ənənələri sayəsində Veliko Tırnovo regional mərkəzə və inkişaf etmiş sənaye şəhərinə çevrildi. 1963-cü ildə Veliko Tırnovo Universiteti ölkənin ən böyük ali təhsil müəssisələrindən biri kimi açıldı.
Əhalisi
Veliko Tırnovoda əhalinin sıxlığı 100 nəfər/kv. km. Yaş strukturu: 0-17 yaş (17,6%), 18-64 yaş (69,1%) və 64 yaşdan yuxarı (13,2%).
Dini
Əhalinin 90%-dən çoxu Şərqi Pravoslavdır. Şəhərin təxminən 5% müsəlmandır. Veliko Tırnovoda məscid, Katolik kilsəsi, Yevangelist Metodist Yepiskop Kilsəsinin icması və digər xristian məzhəbləri var. Orta əsrlərdə Tırnovo Patriarxlığının, Tırnovo Yeparxiyasının və Tırnovo Kilsəsinin yerləşdiyi yer idi.
Təhsil və elm
Veliko Tırnovoda iki universitet - Veliko Tırnovo Universiteti (VTU) və Vasil Levski Milli Hərbi Universiteti fəaliyyət göstərir. Həmçinin Amerika Təbiət elmləri, Humanitar elmlər, İncəsənət və İdman kollecləri, İqtisadiyyat və Mühasibat kolleci, Aqrobiznes və Regional İnkişaf Ali Məktəbinin filialı olan Varna Tibb Universitetinin kolleci, həmçinin Milli Hərbi Universitetinə tabe olan Peşəkar Serjantlar kolleci də var. Həmçinin burada Milli Arxeologiya İnstitutunun muzeyinin filialı açılıb.
Arxitekturası
Veliko Tırnovonun orta əsr memarlığı Bolqarıstanın orta əsrlər memarlığını təsvir edir. Orta əsrlərə qədər köhnə paytaxtın tikintisi üç mərhələyə bölünür. Bu memarlıq üçün xarakterik olan elementlər qoşa qala divarları, yarımdairəvi tağlar, dekorativ kərpic cərgələri, çox sayda dovlət binaları, iqamətgahlar, adi yaşayış yerləri, kilsələr və s. Onlar zəngin bəzəkli elementlərlə xarakterizə olunur və Barokko memarlığını XX-ci əsrin əvvəllərində tikilmiş ictimai binaların böyük bir hissəsində görmək olar. Şəhərdə, tarix, arxeologiya, etnoqrafiya, elmi arxivlər, Xristian incəsənəti və s. sahələrdə eksponatlar topıandığı regional Tarix muzeyi var.
Yay teatrı
Trapezitsa qatar stansiyası
Daxili İşlər Nazirliyinin Regional idarəsi
Livingstone adasındakı Tarnovo zirvəsi
Yaşayış binaları
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Bolqarıstan şəhərləri
- Keçmiş paytaxtlar
- Qalalı şəhərlər
- Ölkələrinə görə şəhərlər
- Bolqarıstan


