Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Viləş Peşəkar Futbol Klubu və ya qısaca Viləş — Masallının futbol klubudur. 1967-ci ildə qurulub və Masallı rayonunu təmsil edir.

Viləş FK

Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Viləş PFK
Loqonun şəkli
Klubun tam adı Viləş Peşəkar Futbol Klubu
Ölkə
  •  Azərbaycan
Rəng(lər) göy-ağ
Yaranma tarixi 1967
Stadionu Masallı şəhər stadionu
Tutumu 0
Prezidenti Mirələm Həşimov
Baş məşqçisi Bəxtiyar Mehrəliyev
Liqa Azərbaycan Region Liqası
Ev forması

Viləş Peşəkar Futbol Klubu və ya qısaca Viləş — Masallının futbol klubudur. 1967-ci ildə qurulub və Masallı rayonunu təmsil edir.

Tarixi

10 dəfə futbol üzrə Azərbaycan çempionatının yüksək liqasında çıxış etmişdir. 2000/2001-ci il futbol sezonunda çempionatın bürünc medalını qazanmışdır. İki dəfə Azərbaycanı UEFA İntertoto Kubokunda təmsil etmişdir. 2003-cü ildə maliyyə problemlerinə görə komanda bağlanmışdır. 2005-ci ildə komanda yenidən fəaliyyətə başladı. 2006-2007 mövsümündə Azərbaycan Birinci Liqasınunda komanda 1-ci yeri tutaraq Azərbaycan Premyer Liqasında oynama şansını əldə etdi. 2006-cı ildə klub Masallı adlandırıldı. Ancaq sonradan komanda yenidən bağlandı və yenidən quruldu. Bu dəfə komanda Viləş Masallı FK deyə adlandırıldı və komanda həvəskar liqada çıxış edirdi. Komanda elə ilk cəhdlərindən finala vəsiqə qazandı. Lakin finalda MTK-Ulduz komandasına 3:1 hesabı ilə məğlub olaraq gümüş medalın sahibi oldu. Bu nəticədən sonra komanda 2013-2014 mövsümündə həvəskar liqada çempionluğa oynadı. Və mövsüm başlayan kimi Viləş öz uğurlu çıxışıyla qrupda cəmi bir məğlubiyyətə uğrayaraq həvəskar liqasının final mərhələsinə vəsiqə qazandı. Eyni zamanda, komandanın birinci diviziona çıxması üçün rəhbərlik tərəfindən işlər başlanılmışdı. Komandanın, əslində, Anatoli Banişevski adına öz şəxsi stadionu olmağına baxmayaraq, komanda dağılandan sonra o stadion baxımsız qalmış və orada oynamaq mümkünsüz hala gəlmişdir. Bu səbəbdən komanda öz ev oyunlarını Ərkivan qəsəbə stadionunda keçirir. Viləş öz köhnə stadionunda təmir işlərinə başlayır. Stadion tamamilə sökülür. Ancaq sonradan yeni stadion tikilmir və klub növbəti mövsümdə həvəskarlar liqasında mübarizə aparmağa məcbur qalır. Həvəskarlar liqasında isə komanda yarımfinala qədər irəliləyir, lakin yarımfinalda iki oyunun nəticəsinə görə 2:1 hesabı ilə məğlub olur. Həvəskarlar kubokunda da komanda eyni vəziyyətlə üzləşir. Kubokun yarımfinalının ilk görüşündə komanda 1:0 hesabı ilə qələbə qazansa da, ikinci görüşdə 2:0 hesabı ilə məğlub olur və finala adlaya bilmir. Növbəti mövsüm klubu çətin günlər gözləyirdi. Komanda maliyyə problemlərinə görə həvəskarlar liqasında mübarizə apara bilməyəcəkdi. Ancaq sonradan Viləş Masallı FK Azərbaycan Həvəskarlar Futbol Federasiyasında 2014-2015 mövsümündə də mübarizə apardı.

2020-ci ildə Mirələm Həşimov tərəfindən "Masallı" PFK adı ilə rayon futbol klubu yenidən öz fəaliyyətini bərpa edib. Əvvəlcə aşağı yaş qruplarındakı liqalarda çıxış etməyə başlayan "Masallı" 2023/24 mövsümündə Region Liqasında 1/4 finala qədər irəliləyib.

Ev oyunlarını Masallı şəhər stadionunda keçirir. Stadionda oturacaq olmasa da, 1600 azarkeş ayaq üstə oyunları izləyə bilir. Hazırda klubun baş məşqçisi UEFA-nın C kateqoriyalı məşqçisi Bəxtiyar Mehrəliyevdir.

2025-ci ildə "Masallı" PFK rayon futbolunun tarixi adını bərpa edərək yenidən "Viləş" adlandırılıb.

Uğurları

  • Azərbaycan çempionatı
Bürünc medal - 2000/2001
  • Azərbaycan Birinci Liqası
Çempion - 2006/2007
  • Azərbaycan Həvəskarlar Futbol Federassiyası
Gümüş medal - 2012/2013
Yarimfinal - 2013/2014
  • Həvəskarlar Kuboku
Yarimfinal - 2013/2014

UEFA turnirlərində

"Viləş" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 2 dəfə iştirak edib. "Viləş"ın iştirak etdiyi yeganə turnir UEFA İntertoto Kubokudur.

UEFA turnirlərindəki statistika

Mənbə: uefa.com
Son yenilənmə: 20 avqust 2010

Turnir İştirak Oyun QHMT/FT/B
UEFA İntertoto Kuboku 2 4 0042 – 10-8
Cəmi 2 4 0042 – 10-8

UEFA turnirlərindəki oyunlar

Mövsüm Turnir Mərhələ Rəqib I oyun II oyun Nəticə
2000 UEFA İntertoto Kuboku I mər. Polşa Zaqlembe Lyubin (s) 0:4 (e) 1:3 1-7
2001 UEFA İntertoto Kuboku I mər. İslandiya Qrindavik (Qrindavik) (s) 0:1 (e) 1:2 1-3

Emblemləri

Həmçinin bax

  • Xəzər Lənkəran FK
Üst