Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycan Silahlı Qüvvələri'nə məxsus xüsusi təyinatlı hərbi birləşmə.

Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)

  • Ana Səhifə
  • Xüsusi Təyinatlı Qüvvələr (Azərbaycan)

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri — Azərbaycan Silahlı Qüvvələri'nə məxsus xüsusi təyinatlı hərbi birləşmə.

Xüsusi Təyinatlı Qüvvələr
Loqonun şəkli
Növü Xüsusi təyinatlı
Yaranma tarixi 30 aprel 1999 – hal-hazırda
Ölkə Azərbaycan Azərbaycan
Daxildir Azərbaycan Silahlı Qüvvələri
Tərkibi zabit, gizir, çavuş və əsgərlərdən ibarətdir
Vəzifəsi Antiterror
Antipartizan
Xüsusi kəşfiyyat
Birbaşa əməliyyat
Qeyri-ənənəvi müharibə
Girov qurtarma
Hərbi yardım
Sayı Gizli saxlanılır
Hissə Azərbaycan Quru Qoşunları
Şüarı Sədaqətim Şərəfimdir
Rəngləri Qırmızı, Mavi
Müharibələr KFOR
İraq müharibəsi
Əfqanıstan müharibəsi
Birinci Qarabağ müharibəsi
İkinci Qarabağ müharibəsi
Döyüşlər Çaylı döyüşü
Aprel döyüşləri
Vətən müharibəsi
Qarabağda döyüşlər (2023)
Komandanlıq
Komandir Ələkbər Cahangirov
Qərargah rəisi Azər Qasımov
Məşhur komandirləri Hikmət Mirzəyev
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Müdafiə Nazirliyinin nəzdində 1999-cu ilin aprelində qurulmuşdur. Qüvvələrin formalaşmasında Birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər. Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri xüsusi rol oynayıb. 29 aprel 2015-ci ildə quruluşunun 16-cı ildönümü münasibətilə yeni yaradılan xüsusi təyinatlı dəstələrə döyüş bayraqlarının təqdimetmə mərasimi keçirilmişdir. 26 iyun 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən paradda Xüsusi Təyinatlı Qüvvələrə Hikmət Mirzəyev rəhbərlik etmişdir. 20 iyun 2020-ci ildə yeni xüsusi təyinatlı birlik yaradıldı. Həmin il iyulun sonu və avqustun əvvəllərində Azərbaycan ərazisində bir sıra genişmiqyaslı taktiki birgə Azərbaycan-Türkiyə təlimləri keçirildi, ilk mərhələdə Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin bölmələri də iştirak etdi.

Döyüşlər və müharibələr

İkinci Qarabağ Müharibəsi zamanı Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyəti Cəbrayıl şəhərini və ətrafdakı doqquz kəndi işğaldan azad etmişdir. 8 noyabrda Prezident İlham Əliyev Hikmət Mirzəyevi Şuşanın azad edilməsi münasibətilə təbrik etmişdir. Müharibədəki taktiki qələbələrin bir çoxu Xüsusi Təyinatlı Qüvvələrin yerdəki mövqelərindən hədəf koordinatları təmin edən, şəhərə girən və Ermənistan ordusunu şəhərin mərkəzindən sıxışdıran diversant qrupları sayəsində əldə edilmişdir. Bu müharibə Azərbaycanda ilk dəfə olaraq bütün xüsusi təyinatlı birləşmələrinin aktiv şəkildə istifadə edildiyi müharibə hesab edilmişdir. Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətindən İkinci Qarabağ müharibəsində iştirak etmiş 32 nəfər Vətən Müharibəsi Qəhrəmanı medalı ilə, 2 nəfər "Zəfər" ordeni ilə, 57 nəfər "Qarabağ" ordeni ilə təltif edilmişdir.

Təlimlər

Azərbaycan xüsusi təyinatlıları ümumilikdə Türkiyə və Pakistan hərbi akademiyalarında təhsil alırlar. 500 namizəddən 30-u "Maroon beret" sertifikatı qazanır. Kursantlara günlərlə ac və susuz qalsalar da həyatda qalmağı və vəzifələrini icra etməyi öyrədirlər. Qurbağa və ilan kimi tapdıqları hər şeyi yeməyi öyrədirlər. Odlu silahları və partlayıcıları əhatə edən silah təhsili də alırlar. Zabitlər gizir rütbəsi altında fəaliyyət göstərirlər.

Silahlar

  • Makarov PM
  • Zəfər K
  • Zəfər Pm
  • İnam
  • Yavuz 16
  • Beretta 92
  • Glock 19
  • Heckler & Koch MP5
  • MI Uzi
  • Aztex AR-15
  • AKM
  • AK-74
  • AK-74M
  • AK-103
  • RPK
  • RPK-74
  • RPK-74M
  • PKM
  • M4
  • M16
  • Heckler & Koch G36
  • SIG SG 550
  • IWI Tavor X95
  • IMI Tavor TAR-21
  • MPT-76 (Bu ilin sonunda Türkiyədən ixracı başlanılacaqdır.)
  • Accuracy International Arctic Warfare
  • M24 Sniper Weapon System
  • Yalquzaq
  • Mübariz
  • İstiqlal

Qalereya

  • 2011 hərbi paradı zamanı
    2011 hərbi paradı zamanı
  • Moskvadakı hərbi parad zamanı
    Moskvadakı hərbi parad zamanı
  • 2018 Hərbi paradı zamanı
    2018 Hərbi paradı zamanı
  • Təlim zamanı
    Təlim zamanı
  • Mayor Mehdi Mahmudovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Qüvvələrin 70 nəfərlik birləşməsi Qırmızı Meydana doğru irəliləyir
    Mayor Mehdi Mahmudovun rəhbərlik etdiyi Xüsusi Təyinatlı Qüvvələrin 70 nəfərlik birləşməsi Qırmızı Meydana doğru irəliləyir
  • Qələbə Paradı zamanı
    Qələbə Paradı zamanı
  • Ağdamdakı hərbi hissə
    Ağdamdakı hərbi hissə
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Münhen

  • Mart 26, 2026

    Azərbaycan

  • Mart 26, 2026

    Krım xanlığı

  • Mart 26, 2026

    Moskva

  • Mart 26, 2026

    Azərbaycan tarixi

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst