Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan – 7 iyun 1991, Naxçıvan) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).

Xədicə Qazıyeva

Vikipediya, azad ensiklopediya
Xədicə Qazıyeva
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (82 yaşında)
Vəfat yeri
  • Naxçıvan, Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikası, SSRİ
Həyat yoldaşı
Uşağı
Fəaliyyəti teatr aktrisası
Teatr Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Mükafatları
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1964
  • "Əməkdə fərqlənməyə görə" medalı — 1959

Xədicə Bahəddin qızı Qazıyeva (15 fevral 1909, Kazan7 iyun 1991, Naxçıvan) — Azərbaycan teatr aktrisası, Azərbaycan SSR əməkdar artisti (1964).

Həyatı

Xədicə Bahəddin qızı Qazıyeva 1909-cu il fevralın 15-də Kazan şəhərində dünyaya göz açıb. Orta təhsilini bu şəhərdə almışdır. 1926-cı ildə Xədicə xanımı Naxçıvana işləməyə göndərirlər. Aktrisanın ilk rolu "Qaçaq Kərəm" pyesində Sirab obrazı olub. Sonra Cəfər Cabbarlının "Sevil" pyesində Edilya obrazını, Hüseyn Cavidin "Şeyx Sənan" faciəsində Xumarı oynadı.

O, 200-dən çox obrazla qarşılaşmışdır.

Xədicə Qazıyeva 1991-ci il iyunun 7-də vəfat edib.

Xədicə Qazıyevanın qızı, Azərbaycan SSR xalq artisti Sofiya Hüseynova (1926–2015), nəvələri — xalq artistləri Rafael Dadaşov (1946–2020) və Rövşən Hüseynov da (1954) həyat yollarını sənətə bağlayıblar.

Mükafatları

  • "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959
  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 14 oktyabr 1964
Üst