| Xələc | |
|---|---|
| 39°21′54″ şm. e. 46°31′49″ ş. u.HGYO | |
| Ölkə |
|
| Region | Şərqi Zəngəzur iqtisadi rayonu |
| Rayon | Qubadlı rayonu |
| Xələc | |
Xələc — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çardaqlı kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Toponimikası
Xələc kəndi Bərgüşad çayının sahilində, dağlıq ərazidədir. Oykonim Səlcuqoğlu tayfa birliyinə daxil olmuş xələclərin adından yaranmışdır. Yaxın Şərqin işğallarında (XII–XVIII əsrlər) iştirak etmiş xələclərin bir hissəsi indi də İranda və Türkmənistan ərazisində yaşayırlar.
Abidələri
ХV–ХVI əsr Məscidin qalıqları
Əhalisi
"1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 45 evdə 106 şiə müsəlman təriqətli azərbaycan türkü (mənbədə "tatar") yaşayırdı.
Həmçinin bax
- Əlifba sırasına görə yaşayış məntəqələri
- Əhalisiz yaşayış məntəqəsi
- Qubadlı rayonu qaralamaları
- Kənd qaralamaları
- Qubadlı rayonunun kəndləri
- Əhalisi olmayan yaşayış məntəqələri