| Xəzər qağayısı | ||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||
| Elmi təsnifat | ||||||||||
| Domen: Eukariotlar Klad: Amorphea Klad: Obazoa Klad: Opisthokonta Klad: Holozoa Klad: Filozoa Klad: Choanozoa Aləm: Heyvanlar Yarımaləm: Eumetazoylar Klad: ParaHoxozoa Klad: İkitərəflisimmetriyalılar Klad: Nephrozoa Tipüstü: Sonağızlılar Tip: Xordalılar Sinif: Quşlar İnfrasinif: Yenidamaqlılar Klad: Neoaves Klad: Gruimorphae Dəstə: Çovdarçıkimilər Yarımdəstə: Lari Fəsilə: Qağayılar Yarımfəsilə: Larinae Cins: Qağayı Növ: Xəzər qağayısı | ||||||||||
| Beynəlxalq elmi adı | ||||||||||
| ||||||||||
| ||||||||||
Xəzər qağayısı (lat. Larus cachinnans) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin qağayı cinsinə aid heyvan növü. Xəzər və Qara dəniz gövzəsi ərazilərdə, həmçinin Qazaxıstan, Macarıstan, Belarus və Polşa ərazilərində müşahidə edilirlər. Yaxın keçmişə qədər Gümüşü qağayının bir yarımnövü olaraq hesab edilirdi.
Təsviri
İri parlaq rəngli quşun elə də böyük olmayan başı vardır. Nisbətən uzun və ensiz dimdiyə və uzun ayaqlara sahibdir. Ümumi ölçüləri baxımından Gümüşü və Aralıqdənizi qağayısından fərqlənmirlər. Ancaq yüngül və şux bədənləri, armudvari başı və və uzun boyunları ilə digər növlərdən seçilirlər. 54–66 csm uzunluğa malik olurlar. Qanadları arasında məsafə 130–158 sm, çəkisi 700–1200 q-dır.
Digər iri qağayı növlərində olduğu kimi ömürlərinin dördüncü ilində yuva qururlar.
Həmçinin bax
- Qağayı
- Türkiyə quşları
- 1811-ci ildə təsvir edilən quşlar
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Təhlükədə olmayan növlər
- Avrasiya quşları
- Peter Simon Pallas tərəfindən adlandırılmış taksonlar
