Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun sabiq müavini — Azərbaycan Respublikasının

Xanlar Vəliyev

  • Ana Səhifə
  • Xanlar Vəliyev

Xanlar Rüstəm oğlu Vəliyev (15 mart 1955, Yevlax) — Azərbaycan hüquqşünası, Azərbaycan Respublikası Baş prokurorunun sabiq müavini — Azərbaycan Respublikasının sabiq Hərbi prokuroru (2005–2025), Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2025), ədliyyə general-leytenantı (2005), Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2015).

Xanlar Vəliyev
Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru
10 fevral 2005 – 08 aprel 2025
Baş prokurorZakir Qaralov
Kamran Əliyev
Əvvəlkiİlham Məmmədov i. e.
SonrakıBəhruz Əhmədov
Azərbaycan Respublikası Baş prokurorunun müavini
9 noyabr 1993 – 21 aprel 2000
Baş prokurorƏli Ömərov
Eldar Həsənov
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi
Vəzifədədir
11 aprel 2025-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 15 mart 1955(1955-03-15) (71 yaş)
Doğum yeri
  • Yevlax, Yevlax rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti hüquq elmləri üzrə fəlsəfə doktoru
Rütbəsi
Ədliyyə general-leytenantı

Təltifləri "Azərbaycan Bayrağı" ordeni — 20082008 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20252025 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 20182018 "Hərbi xidmətlərə görə" medalı — 20062006 "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı — 20202020
"Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 20152015

Mündəricat

Həyatı

Xanlar Rüstəm oğlu Vəliyev 1955-ci il mart ayının 15-də Yevlax şəhərində anadan olmuş, 1978-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla respublika prokurorluğu orqanlarına işə qəbul olunmuşdur. Xanlar Vəliyev Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləmiş, 1993–2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini — Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilmişdir.

24 iyun 2005-ci ildə ona ədliyyə general-leytenantı ali hərbi rütbəsi verilmişdir.

8 aprel 2025-ci ildə səlahiyyət müddəti başa çataraq, səlahiyyətinə xitam verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin Təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisin 11 aprel 2025-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilmişdir.

Təltif və mükafatları

  • 27 sentyabr 2008 — "Azərbaycan Bayrağı" ordeni
  • 28 sentyabr 2018 — 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni
  • 23 iyun 2006 — "Hərbi xidmətlərə görə" medalı
  • 18 mart 2015 — "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı
  • Azərbaycan Respublikası Baş prokurorunun 15 mart 2005-ci il tarixli əmri ilə "Prokurorluğun fəxri işçisi" döş nişanı
  • Azərbaycan Respublikası Baş prokurorunun 13 mart 2020-ci il tarixli əmri ilə "Azərbaycan Prokurorluğunun 100 illiyi (1918–2018)" yubiley medalı
  • 17 mart 2025 — 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni

Ailəsi

Ailəlidir, üç övladı var. Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Dan dili

  • Mart 31, 2026

    Cəmil Əliyev

  • Mart 31, 2026

    Aşıq Əhliman

  • Mart 26, 2026

    Mingəçevir

  • Mart 26, 2026

    Türkiyə bayrağı

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst