Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 m hündürlükdə yerləşir. Xudgər adı "xon

Xudgər şəlaləsi

41°17′37″ şm. e. 47°15′05″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Xudgər şəlaləsi
Ümumi məlumatlar
Hündürlüyü təq. 14,8 m
Eni 1 m
Çay Kiş çayı
Yerləşməsi
41°17′37″ şm. e. 47°15′05″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xudgər şəlaləsi xəritədə
Xudgər şəlaləsi
Xudgər şəlaləsi
Xəritə

Xudgər şəlaləsiAzərbaycan Respublikasının Şəki rayonu ərazisində yerləşən şəlalə.

Haqqında

Yerli əhali tərəfindən Xudgər adlandırılan bu şəlalə Kiş çayının Damarçın qolunun sağ sahilində dəniz səviyyəsindən 1668 m hündürlükdə yerləşir. Xudgər adı "xonkar", "xodkar", "xudkar" sözlərindən yaranmışdır ki, bu da "hökmdar", "sultan", "başçı" mənasını daşıyır. Elmi mənbələrdə adı qeyd olunmayan, 14,8 metr hündürlükdən tökülən, koordinatları N 41˚ 17' 37", E 47˚ 15' 05" olan "Xudgər" şəlaləsi öz bənzərsizliyi ilə regionda ekoturizmin inkişaf etdirilməsi baxımından perspektivli təbiət abidəsidir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin "Ekoloji coğrafiya" şöbəsinin aparıcı elmi işçisi, Coğrafiya üzrə fəlsəfə doktoru Ağabalayev Qafqaz Məhəmmədhəsən oğlu və "Ekoloji coğrafiya" şöbəsinin rəhbəri Rəhimov Yusif Rəsul oğlu tərəfindən 2018-ci ildə Şəki rayonundakı Kiş çayı və çayın qolları üzərində, regionun ekoturizm potensialının öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı qeydə alınıb.

Həmçinin bax

Üst