| Yana | |
|---|---|
| |
| |
| Ölkə |
|
| Mənsəbi | Yana körfəzi |
| Uzunluğu |
|
| Su sərfi | 925 m³/san |
| Hövzəsinin sahəsi | 238.000 km² |
| DSR?! | 18040100112117700006264 |
Yana (saxa Дьааҥы) — Saxa Respublikasında çay. Verxoyansk silsiləsindən başlanan Dulqalax və Sartanq çaylarının birləşməsindən əmələ gəlir. Delta (sahəsi 10200 km²) əmələ gətirərək Laptevlər dənizinin Yana körfəzinə tökülür. Uzunluğu 872 km, hövzəsinin sahəsi 238 min km²-dir. Çoxlu ada və dayazlıqlar var. Əsasən yağış suları ilə qidalanır. Oktyabrdan aprel-mayadək donmuş olur. Mühüm qolları Adıça və Bıtantay çaylarıdır. Verxoyansk şəhərindən mənsəbinədək gəmiçiliyə yararlıdır. Balıqla (durnabalığı, xarius, çir və s.) zəngindir. Yana hövzəsinin 6.9 milyon kilovat hidroenerji ehtiyatı var.
- Əlifba sırasına görə çaylar
- Saxa çayları

