Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yekəxana — Azərbaycan Respublikasının Qobustan rayonunun Yekəxana kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci

Yekəxana (Qobustan)

40°28′33″ şm. e. 48°47′42″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yekəxana
40°28′33″ şm. e. 48°47′42″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Yekəxana xəritədə
Yekəxana
Yekəxana

YekəxanaAzərbaycan Respublikasının Qobustan rayonunun Yekəxana kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Yekəxana kəndi Bədəlli kənd inzibati ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yekəxana kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Kənd keçmişdə Yekəxana İbrahimbəy də adlanmışdır. Yaşayış məntəqəsi XIX əsrdə Pirsaat çayı yaxınlığında yaşamış Yekəxana tayfasına məxsus ailələrin məskunlaşması nəticəsində yaranmış və bu tayfanın adı ilə adlandırılmışdır, İbrahimbəy bu ailələrin başçısı olmuşdur. Çar Rusiyası Cənubi Qafqazı , o cümlədən Azərbaycanı istila etdikdən sonra 1833-cü ildə əhalinin siyahıya alınmasını həyata keçirir. Keçirilən siyahıya almada Yekəxana İbrahimbəy Şamaxı xanlığının Qəbristan (Qobustan) mahalının bir obası kimi adı çəkilir.

Coğrafiyası və iqlimi

Kənd Mərəzə yastanında yerləşir.

Əhalisi

2009-cu ilin siyahıya alınmasına əsasən kənddə 1088 nəfər əhali yaşayır. Həmçinin 144 yaşayış evi vardır. Əhali əsasən əkinçilik və heyvandarlıqla məşğul olur. Bağçılıq geniş yayılmış təsərrüfat sahələrindən birinə çevrilmişdir.

Həmçinin bax

Üst