Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yengicə və ya Böyük Yengicə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.

Yengicə (Tuzxurmatu)

34°51′24″ şm. e. 44°34′13″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yengicə
34°51′24″ şm. e. 44°34′13″ ş. u.HGYO
Ölkə  İraq
Rayon Tuzxurmatu qəzası
Xəritəni göstər/gizlə
Yengicə xəritədə
Yengicə
Yengicə

Yengicə və ya Böyük Yengicə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.

Coğrafiya

Yengicə kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Tuzxurmatu-Tikrit avtomobil şossesinin üstündə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 196 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Yengicə kəndi arasındakı məsafə 3 km-dir.

Əhali

Bölgədə həyata keçirilən lokal araşdırmaya əsasən 2009-cu ildə kənddə təxminən 14 min nəfər əhali yaşayır. Kənddə 20-yə yaxın tayfa mövcuddu, onlardan da çox Bayat mənşəlidi. Kənddəki əhalinin yarıya qədəri İxtiyarlı tayfasına mənsubdu, digər tayfalar içində ən böyük olanları Harmanlı və Həmdani tayfasıdı. Bütün kənd əhalisi türkcə danışır. Başqa bölgələrdə (Təlafər və Diyalada) rastlaşılan müəyyən nisbətdə ərəbləşmə bu kənddə də özünü biruzə verir, belə ki, kəndin sünni əhalisindən, kəndin ümumi əhalisinin 20%-ə qədəri özünü ərəb hesab edir.

Üst