| Yusif Hümbətov | |
|---|---|
| 19 iyul 2005 – 14 dekabr 2005 | |
| 24 noyabr 1995 – 2 dekabr 2005 | |
| Seçki dairəsi | I çağırış — 97 saylı Cəlilabad kənd |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 20 oktyabr 1950 (75 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Fəaliyyəti | siyasətçi |
Yusif Kərim oğlu Hümbətov (20 oktyabr 1950, Güllübulaq, Amasiya rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı (1995-2005), 1-ci dərəcə dövlət müşaviri.
Həyatı
Yusif Hümbətov 1950-ci il sentyabrın 20-də Amasiya rayonunun Güllübulaq qəsəbəsində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq bölməsini, Bakı Ali Partiya Məktəbinin Hüquq böməsini və Azərbaycan Universiteti Hüquq bölməsində ali təhsil alıb. Rus və alman dillərini bilir.
Ailəlidir, üç övladı var.
Fəaliyyəti
1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 97 nömrəli Cəlilabad qəsəbə dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Yusif Hümbətov I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yusif Hümbətov, Milli Məclisin Aqrar siyasət Daimi Komissiyasının və Azərbaycan—Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü olub.
- 20 oktyabrda doğulanlar
- 1950-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Amasiya rayonunda doğulanlar
- Yeni Azərbaycan Partiyasının üzvləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan siyasətçiləri
- Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri
- Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri
- Azərbaycan Prezident Administrasiyasının şöbə müdirləri