Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sadıxov Yusif Mədət oğlu (1918, Tovuz rayonu – 11 iyun 1971, Tovuz) — Sovet İttifaqı Qəhrəmanı (31 may 1945).

Yusif Sadıxov

Vikipediya, azad ensiklopediya
Yusif Sadıxov
Sadıxov Yusif Mədət oğlu
Doğum tarixi 1918(1918)
Doğum yeri
  • Tovuz rayonu
Vəfat tarixi 11 iyun 1971(1971-06-11) (52–53 yaşında)
Vəfat yeri
  • Tovuz, Tovuz rayonu, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • Tovuz rayonu
Vətəndaşlığı Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Fəaliyyəti hərbi qulluqçu
Partiyası
  • Sovet İttifaqı Kommunist Partiyası
Mükafatları Sovet İttifaqı Qəhrəmanı
"Lenin" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni

Sadıxov Yusif Mədət oğlu (1918, Tovuz rayonu11 iyun 1971, Tovuz) — Sovet İttifaqı Qəhrəmanı (31 may 1945).

Həyatı

1918-ci ildə Tovuz rayonunun Ağdam kəndində anadan olmuşdur. 18 fevral 1942-ci ildə müharibəyə səfərbər olunmuşdur. Starşina rütbəsi ilə 1-ci tank ordusunun 19-cu mexanizə olunmuş briqadasının artilleriya dəstəsinin komandiri olmuşdur. Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belorusiyanın azad edilməsində iştirak etmişdir. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir.

Berlinə hücumda, Reyxstaqın alınmasında iştirak etmişdir. Berlin şəhərinin alınması uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə 31 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. "Lenin" və "Qızıl Ulduz" (№ 7071) ordenləri ilə təltif edilmişdir. Müharibədən sonra Tovuz şəhərində "Neftbaza"nın direktoru vəzifəsində çalışmışdır.

11 iyun 1971-ci ildə vəfat etmiş, doğma kəndində dəfn edilmişdir. Tovuz şəhərində adına Məktəb (Bozalqanlı məktəbi) və küçə var. Büstü qoyulmuşdur.

Üst