Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yusuf Ülfət oğlu Məmmədəliyev (23 yanvar 1979, Bakı) — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər si

Yusuf Məmmədəliyev

  • Ana Səhifə
  • Yusuf Məmmədəliyev
Bu məqalə birinci vitse-prezidentin köməkçisi haqqındadır. Kimyaçı alim üçün Yusif Məmmədəliyev səhifəsinə baxın.

Yusuf Ülfət oğlu Məmmədəliyev (23 yanvar 1979, Bakı) — Azərbaycan siyasətçisi və diplomatı, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri (2017-ci ildən), Birinci vitse-prezidentin köməkçisi (2017-ci ildən).

Yusuf Məmmədəliyev
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri
Vəzifədədir
1 iyun 2017-ci ildən
Prezidentİlham Əliyev
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi
Vəzifədədir
11 aprel 2017-ci ildən
Vitse-prezidentMehriban Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 23 yanvar 1979(1979-01-23) (47 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (1995–2001)

Mündəricat

Həyatı

Yusuf Ülfət oğlu Məmmədəliyev 23 yanvar 1979-cu ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Səbail rayon 134 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinə qəbul olunub. 1999-cu ildə buradan bakalavr dərəcəsini aldıqdan sonra Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirib. 2001-ci ildə Akademiyanın İnzibati idarəetmə fakültəsini Dövlət və bələdiyyə idarəetmə ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək magistr dərəcəsi alıb.

Y. Məmmədəliyev 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində diplomatik karyerasına başlayıb və 1997–2002-ci illər ərzində nazirliyin Beynəlxalq Təşkilatlar İdarəsində referent və attaşe vəzifələrində çalışıb. 2002–2005-ci illərdə Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində attaşe kimi fəaliyyət göstərib.

2003-cü ildə Azərbaycan Respublikası Prezident seçkilərində Leyla Əliyevanın rəhbərliyi ilə "İlhamla İrəli" şüarı altında gənclərin təşəbbüs qrupunun tərkibində İlham Əliyevin seçkiqabağı kampaniyasında iştirak edib. 2005–2009-cu illərdə Xarici İşlər Nazirliyinin Təhlükəsizlik Problemləri İdarəsində əvvəlcə ikinci, daha sonra isə birinci katib vəzifələrində çalışıb. 2009–2011-ci illərdə Madrid şəhərində Azərbaycan Respublikasının İspaniya Krallığındakı Səfirliyində birinci katib və müşavir vəzifələrində fəaliyyət göstərib.

2011–2013-cü illərdə ABŞ-nin Nyu-York şəhərində yerləşən Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyində müşavir və daha sonra daimi nümayəndənin müavini vəzifələrində çalışıb. 2011-ci il 14 noyabr tarixində Azərbaycanın 2012–2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi prosesində fəaliyyətinə görə birinci dərəcəli birinci katib diplomatik rütbəsini alıb.

2013-cü il 1 may – 30 dekabr tarixlərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində idarə rəisi vəzifəsində çalışıb və ona birinci dərəcəli müşavir diplomatik rütbəsi verilib. 2014-cü il yanvar ayından etibarən Heydər Əliyev Fondunda ekspert qismində və IDEA İctimai Birliyinin icraçı direktoru vəzifələrində iş fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikası Prezidentinin müavfiq sərəncamları ilə 11 aprel 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse- prezidentinin köməkçisi, 1 iyun 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri təyin edilmişdir. 2-ci dərəcə dövlət müşaviridir.

İngilis, ispan, rus və türk dillərini bilir.

Həmçinin bax

  • Yusif Məmmədəliyev (babası)
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 30, 2026

    Orqazm

  • Aprel 02, 2026

    XXI əsr

  • Mart 27, 2026

    Alim Qasımov

  • Aprel 02, 2026

    Azərbaycan baleti

  • Mart 27, 2026

    Aleksandr Düma

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst