| Zəfər Muzeyi | |
|---|---|
| |
| |
| Açılış tarixi | 8 noyabr 2025 |
| Ölkə |
|
| Yerləşir | Bakı |
| 40°22′34″ şm. e. 49°51′58″ ş. u.HGYO | |
Zəfər muzeyi — Bakı şəhərində yerləşən Zəfər parkının aşağısında muzey.
Tarixi
Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alınmışdı.
27 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olmuşdular. 8 noyabr 2024-cü ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2024-cü ildə noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmişdilər. Həmin tarixdə parkın aşağısında Zəfər muzeyi artıq inşa edilmişdi, onun tərtibatı gedirdi.
8 noyabr 2025-ci il tarixində, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər Gününün 5-ci ildönümündə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə muzeyin açılışı baş tutmuşdu.
Xüsusiyyətlər
Həmçinin bax
- Vətən müharibəsi
- Əlifba sırasına görə muzeylər
- İkinci Qarabağ müharibəsi
- Bakı muzeyləri

