Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zəvəro məscidi 1805-ci ildə tikilmişdir. Məscid yerləşdiyi məhəllənin adını daşıyır. Abidədə söküntü işləri dəfələrlə aparılıb. Tavanında və divarlarında olan b

Zəvəro məscidi

40°50′38″ şm. e. 48°22′49″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zəvəro məscidi
Zavaro minarəsinə görüntü
Zavaro minarəsinə görüntü
Ölkə  Azərbaycan
Şəhər Lahıc
Yerləşir İsmayıllı rayonu
Tikilmə tarixi 1805
Üslubu İslam memarlığı
Vəziyyəti fəaliyyət göstərir
KateqoriyaMəscid
Əhəmiyyətiölkə əhəmiyyətli
40°50′38″ şm. e. 48°22′49″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəvəro məscidiİsmayıllı rayonunun Lahic kəndinin Zəvəro qəsəbəsində yerləşən məscid.

Tarixi

Zəvəro məscidi 1805-ci ildə tikilmişdir. Məscid yerləşdiyi məhəllənin adını daşıyır. Abidədə söküntü işləri dəfələrlə aparılıb. Tavanında və divarlarında olan bəzəkli naxışlar sıradan çıxıb.

Sovet dövründə məscid binası mədəniyyət evi və kinoteatr kimi fəaliyyət göstərirdi. 1980-ci illərin axırlarında Mədəniyyət evi ləğv edilib və məsciddə təmir işlərinə başlanıb.

2005-ci ildə Lahıc sakinlərinin təşəbbüsü və maliyyə dəstəyi ilə bina əsaslı təmir və bərpa olunmuşdur.

Hazırda məscid kimi fəaliyyət göstərir və memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Memarlıq xüsusiyyətləri

Formaca dördbucaqlı olan bu məscid çaylaq daşı ilə inşa olunub. Minarəsi ağ dəmir təbəqə ilə işlənmişdir. Minarə damın üstündə yerləşib, onun hündürlüyü 5 metrdir. Məscid hündürlüyü 1 metr olan səki üstündə inşa edilib. Giriş qapısı tərəfdə - divarda daş kitabələr həkk olunub. Damının örtüyü ağ dəmir təbəqədəndir.

Ədəbiyyat

  • Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az;

Həmçinin bax

  • Azərbaycandakı məscidlərin siyahısı
Üst