Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zmeinı (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnziba

Zmeinı adası

  • Ana Səhifə
  • Zmeinı adası

Zmeinı (ukr. острів Зміїний, rum. insula Şerpilor, q.yun. Λευκός, yun. Φίδονισι, türk. Yilan Adası) — Qara dənizdə yerləşən və Ukraynaya mənsub olan ada. İnzibati cəhətdən isə Odessa vilayətinin Kiliyski rayonu ərazisində yerləşir.

Zmeinı adası
ukr. Острів Зміїний
Ümumi məlumatlar
Sahəsi 0,205 km²
Uzunluğu
  • 0,66 km
Eni 0,66 km
Hündür nöqtəsi 41 m
Əhalisi
  • 0 nəf.
Yerləşməsi
45°15′18″ şm. e. 30°12′15″ ş. u.HGYO
Ölkə  Ukrayna
Akvatoriya
  • Qara dəniz
Zmeinı adası xəritədə
Zmeinı adası
Zmeinı adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adada yerləşən Beloe qəsəbəsi rəsmi statusa malikdir və burada poçt, muzey və ayrıca bank fəaliyyət göstərir. 2007 ildə adada provaslav kilsəsinin tikintisi planlaşdırılmışdır.

Zmeinı adası uzun zaman BMT məhkəməsində mübahisə predmeti olaraq qalırdı. Adanın self zonasında zəngin neft və qaz yataqlarının olması mübahisələrə səbəb olmuşdur. Rumıniya adanın delimitarizasiya olunmasına çalışırdı. 3 fevral 2009 ildə qərar qəbul edilir. Qərara görə Zmeinı qayalıq deyil ada olaraq qeydə alınır.

Mündəricat

Coğrafiyası

Adanın xəritəsi

Ada Dunay çayının deltasından 35 km şərqdə yerləşir. Ada xaça bənzər formaya malikdir. Sahəsi 20,5 hektardır. Ucqar nöqtələri arasında məsafə 615 – 650 km-dir. Ən yaxın yamayış məntəqəsi Rumıniyanın Sulino şəhəridir. Ukraynanın isə ən yaxın yamayış məntəqəsi Vilkovodur.

Relrefi

Ada əsasən bərk suxurlardan təşkil edilmişdir. Sahil xəttində hündürlük: şimal-şərqdə 4–5 m, cənub-qərbdə isə 25 metr təşkil edir. Ən hündür nöqtəsi 41,3 metrdir. Sahillərində dörd çimərlik vardır: «Damski», «Derqaç», «Zolotoy» və «Banditnı». Adada geoloji proseslər daim davam edir.

İqlimi

Ada çöl iqliminə malikdir. Qışda orta aylıq temperatur 0 - 2 °С, yayda isə — 19 - 24 °С arasında dəyişir. Maksimal +40 °С, minimal isə −30 °С müşahidə edilmişdir. Orta illik temperaturu 300 mm-dir. .

Flora və Fauna

Ada ərazisində əsasən çöl otları bitir. Son zamanlar isə adada ağaclar əkilir. Adada 234 növ quş müşahidə edilir. Sahil sularında 49 növ balıq, 6 növ yengəc yaşayır. Bəzi növlər hətta Ukraynanın qırmızı kitabına daxil edilmişdir.

Qorunması

Ukrayna Prezidentinin 09.12.1998 il № 1341/98 qərarı ilə Ada ərazisi yasaqlıq elan edilmişdir. Adanın ərafı 500 metr radiusunda yasaqlığa daxildir. Yasaqlığın ərazisi 232 hektardır.

Tarixi

Qədim yunan əsatirinə görə ada ilahə Fetida tərəfindən oğlu Axillin şərəfinə dənizin dibindən qaldırmışdır. Ada haqqında hətta Strabon və Heradot məlumst vermişdir. Adada Axill məbədi inşa edilir sonradan isə dağılır. İlk dəfə 1823-cü ildə M. Krişkim adanın xəritəsini tərtib etmişdir. 1843-cü ildə məbədin qalıqlarından mayak inşa edilmişdir. Qara dənizdən keçən qədim gəmilər məbədi ziyarət edirsilər. Orta əsrlərdə ada Osmanlı imperiyasına mənsub olmuşdur.

14 iyul 1788 ildə türklərlə ruslar arasında Fidonisi döyüşü olmuşdur. 1828-1829 illərdə baş vermiş müharibənin nəticəsində ərazi rusların əlinə keçir. Krım müharibəsindən sonra ada Rumıniya ərazisi elan edilir. 1944-cü ilin aprelində ada Sovet qüvvətləri tərəfindən tutulur. 23 may 1948 il qərarı ilə ada SSRİ ərazisi elan edilir. 1956-cı ildə adada radiotexniki dəstə yerləşdirilir.

2003-ci ildə adada elmi -araşdırma stansiyası quraşdırılmışdır. 2007-ci ildə adada yerləşən beloe yaşayış yeri qəsəbə ukr. Біле) statusu almışdır. Bu addım Rumıniya tərəfdən etiraza səbəb olmuşdur.

Qalereya

  • Zmeinı adası 1896 i.
    Zmeinı adası 1896 i.
  • Sahil qayalıqları
    Sahil qayalıqları
  • Adanın sahili
    Adanın sahili
  • Adanın görünüşü
    Adanın görünüşü

Şəkil

  • Zmeinı adası - Odessa 1996. - Görünüş. 3. - Səh. 46-59. 2016-03-05 at the Wayback Machine
  • Sergey Asxatov. "Poseydonun qüdrəti: Ukraynanın Zmeinı adasında yeni era başlayır". 2000 qəzeti. 27 avqust 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2016.
  • İ. Vladimirov. Zmeinı Tuzla deyil. 2008 2008-09-29 at the Wayback Machine
  • İş materialları Rumıniya Ukraynaya qarşıdır  (ing.)
  • Доклад Международного Суда 2007—2008 гг. на 63-й сессии ГенАссамблеи ООН 2010-07-06 at the Wayback Machine
←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Ənvər Əlibəyli

  • Aprel 09, 2026

    Sultan Şahcahan

  • Aprel 16, 2026

    Aşina Syan

  • Aprel 06, 2026

    Hind (çay)

  • Mart 26, 2026

    Azərbaycan Dövlət Pedaqoji Universiteti

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst