Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Məmmədxanlı, Masallı rayonu) — realist və distopik yazıçı, tənqidçi və ədəbiyyatşünas.

Zümrüd Yağmur

Vikipediya, azad ensiklopediya
Zümrüd Yağmur
Zümrüd İsrafil qızı Abıyeva
Doğum tarixi 20 mart 1971(1971-03-20) (55 yaş)
Doğum yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Həyat yoldaşı
Təhsili
  • BDU Filologiya fakültəsi
Fəaliyyəti yazıçı
Əsərlərinin dili Azərbaycan dili
İlk əsəri Suada
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi (2013-cü ilədək)

Zümrüd Yağmur (tam adı: Zümrüd İsrafil qızı Abıyeva; 20 mart 1971, Məmmədxanlı, Masallı rayonu) — realist və distopik yazıçı, tənqidçi və ədəbiyyatşünas.

Həyatı

Zümrüd Yağmur 1971-ci il martın 20-də Masallı rayonunun Məmmədxanlı kəndində anadan olmuşdur. Şərəfə kənd orta məktəbini bitirdikdən sonra 1988–1993-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. Hələ tələbəykən "Müstəqil qəzet"ində köşə yazıları ilə çıxış etmişdir.

1990-cı illərdən ədəbi yaradıcılığa başlamışdır. "Müstəqil qəzet"də müxbir işlədiyi illərdə dövri mətbuatda hekayələri, elmi, fəlsəfi məqalələri dərc edilmişdir. "Hüseyn Cavid yaradıcılığında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır (1997). İlk kitabı "Suada" adlı povest və hekayələr toplusu 1995-də nəşr olunmuşdur. "İnsan axtarışında" (1998) kitabı bədii ədəbiyyatda insan konsepsiyası probleminə həsr edilmişdir.

1994–1999-cu illərdə "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyində elmi redaktor olmuşdur. Bu müddət ərzində eyni zamanda "Önər" jurnalının baş redaktoru kimi də çalışmışdır. O, 1999-cu ildə həmçinin "Müasir Azərbaycan nəsrində insan konsepsiyası"adlı doktorluq üzərində işə başlamış, 2000-ci ildə elmi işini tamamlamışdır.

Yazarın ikinci monoqrafiyası olan "İnsan və ədəbiyyat" 1998-ci ildə dərc edilmişdir.

Bir müddət yazılarına ara verən, mətbuatda ancaq az saylı hekayələri ilə çıxış edən Zümrüd Yağmurun təqribən 10 illik fasilədən sonra yeni kitabı işıq üzü görmüşdür. 2009-cu ildə "Günahkarın ölüm" hekayələr kitabı nəşr olunmuşdur. Bu hekayələr toplusu eyni zamanda İranda da işıq üzü görmüşdür.

Yazarın ilk romanı "Allah qayıdır!?" (2010) siyasi əsərdir. Ölkəsindəki diktatura durumunu anladan, insanların sarsıntılarını dilə gətirən və eyni zamanda ölkədəki ədalətsizlikləri real obrazların protetiplərilə canladıran müəllifin bu əsəri yaşadığı ölkənin durumunu tam olaraq təsvir etmişdir. Bu əsər Ukraynada da çap olunmuşdur (2013).

2012-ci ildə daha bir romanı "Dirirləri basdırın" adlı əsəri dərc olunmuşdur. Müəllif siyasi roman adlandırmasa da əsər siyasi çalarla boldur. Əsər "diktatorlara ithafən" yazlıb və müəllif insanların güc əldə etmək üçün mənəvi və əxlaqi dəyərlərini qurban verməsini və bu gücün sonda elə "savaşçıların" özünü məhv edişini anlatmışdır. Bu əsər eyni zamanda Türkiyədə də nəşr olunmuşdur (2013).

2013-ci ildə İlham Əliyev ikinci dəfə prezidentliyə namizədliyini verdiyində Yazıçılar Birliyi onu dəstəklədiyinə dair bəyanat yaydığında bu bəyanata etiraz olaraq birliyin üzvlüyündən imtina etmiş və bunu özünün Facebook profilindən bəyan etmişdir.

Xocalı faciəsinə həsr olunmuş Azərbaycan tarixinin üç dönəmində Qarabağda yaşanan faciələri təsvir edən "Yağış Qadın" əsəri 2014-də çap edilmişdir.

2016-cı ildə yayımlanan "Ölkə adı: 22" adlı Azərbaycan ədəbiyyatında ilk distopik əsərdir. Bu roman Zümrüd Yağmurun digər əsərlərindən metafor zənginliyi və simvolizmin güclü istifadəsinə görə fərqlənir. Hadisələr dünyadan izole edilmiş bir adada, "Ağa" adlanan şəxsin qurduğu diktatura rejimi altında yaşayan insanların həyatından bəhs edir. Z. Yağmur bu əsərində ilk dəfə olaraq fərqli bir texnikadan istifadə edərək, obrazları oxucuya yazar təsvirləri və obrazların öz düşüncələri vasitəsilə yox, onların hərəkətlərində əks etdirərək, oxucuya hər obrazı öz pəncərəsindən şərh etmə imkanı tanıyıb.

Zümrüd Yağmur ölkəsindəki siyasi-ictiami hadisələrə hər zaman öz yazıları ilə reaksiya verir. Müxalif düşüncəsi və yazılarına görə heç bir dövlət müəssisəsində işə götürülməyən, işlədiyi Ensiklopediyadan da uzaqlaşdırlan yazar "Azadlq" qəzetində siyasi köşələrlə çıxış edib.

2020-ci ildə "Qadın üçün" təşəbbüs qrupunu yaradıb. Azərbaycanda qadin hüquqlarının fəal müdafiəçilərindən biridir.

Şəxsi həyatı

2020-ci ildə Fuad Qəhrəmanlıdan boşanıb.

Övladları Selcan Yağmur və Sənay Yağmurdur.

Kitabları

  1. Suada (1997) Bakı
  2. İnsan axtarışı(1998) Bakı
  3. İnsan və ədəbiyyat (1999) Bakı
  4. Günahkarın ölümü (2009) Bakı
  5. Allah qayıdır?! Bakı (2010) Bakı
  6. Allax povertaetsa (2013) Kiev
  7. Diriləri bastırın(2012) Bakı
  8. Dirileri Gömün (2013), Ankara
  9. Yağış Qadın (2014) Bakı
  10. Yagmur kadın, (2016), Ankara
  11. Ölkə Adı: 22 (2016)
  12. Qaranlığa Şərqi Söyləmək (2019)
  13. Yağış qadın, Tehran, 2025
Üst