Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qa

Zəfər Muzeyi

40°22′34″ şm. e. 49°51′58″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Zəfər Muzeyi
Xəritə
Açılış tarixi 8 noyabr 2025
Ölkə
  •  Azərbaycan
Yerləşir Bakı
40°22′34″ şm. e. 49°51′58″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəfər muzeyi — Bakı şəhərində yerləşən Zəfər parkının aşağısında muzey.

Tarixi

Azərbaycan Respublikası Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması qərara alınmışdı.

27 sentyabr 2023-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olmuşdular. 8 noyabr 2024-cü ildə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2024-cü ildə noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmişdilər. Həmin tarixdə parkın aşağısında Zəfər muzeyi artıq inşa edilmişdi, onun tərtibatı gedirdi.

8 noyabr 2025-ci il tarixində, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər Gününün 5-ci ildönümündə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə muzeyin açılışı baş tutmuşdu.

Xüsusiyyətlər

Həmçinin bax

  • Vətən müharibəsi
Üst