Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Zəhra Mustafa qızı Şahtaxtinskaya (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası – 16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru

Zəhra Şahtaxtinskaya

Vikipediya, azad ensiklopediya
Zəhra Şahtaxtinskaya
Zəhra Mustafa qızı Şahtaxtinskaya
Doğum adı Zəhra Mustafa bəy qızı Ağayeva
Doğum tarixi 17 noyabr 1895(1895-11-17)
Doğum yeri
Vəfat tarixi 16 sentyabr 1977(1977-09-16) (81 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Həyat yoldaşı
  • Nemətulla bəy Şahtaxtinski[d]
Uşağı
Elm sahələri zoologiya, helmintologiya[d]
Elmi dərəcəsi
  • biologiya elmləri doktoru
Elmi adı
  • professor
İş yeri
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
Mükafatları "Lenin" ordeni
Azərbaycan SSR əməkdar elm xadimi

Zəhra Mustafa qızı Şahtaxtinskaya (17 noyabr 1895, Xankəndi, Şuşa qəzası16 sentyabr 1977, Bakı) — Azərbaycan zooloq, helmintoloqu. Biologiya elmləri doktoru (1953), professor (1954). Azərbaycan SSR əməkdar elm xadimi (1960). "Lenin Ordeni" laureatı.

Həyatı

Zəhra Şahtaxtinskaya 17 noyabr 1895-ci ildə Xankəndində anadan olub. Əmək fəaliyyətinə 1916-cı ildə qadın gimnaziyasında müəllimliklə başlamışdır. 1922-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda işləmiş, biologiya fakültəsinin dekanı olmuşdur. 1937-ci ildən zoologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır. Tədqiqat sahəsi əsasən, Azərbaycanda yaşayan su və bataqlıq quşlarında parazitlik edən qurdlar olmuşdur.

Bir çox elmi əsərin, dərsliyin müəllifidir. 1977-ci ildə Bakıda vəfat edib.

Elmi əsərləri

  • Onurğasızlar zoologiyası
  • Təbiət tarixinin əsasları (1975)
  • Zoologiya (1974)

Mükafatları

  • Azərbaycan SSR əməkdar elm xadimi (1960)
  • Lenin ordeni

Ailəsi

Onun həyatyoldaşı Nemət Şahtaxtınski Sankt Peterburqda təhsil almış və uzun müddət Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil almışdır. Onların övladları olan Prof. Dr. Toğrul Şahtaxtinski də alim olmuş və neft kimyası sahəsində araşdırmalar aparmışdır.

Zəhra Şahtaxtinski Qarabağın məşhur bəy ailələrindən olan Ağayevlər nəslinin nümayəndəsi və Fərəc bəy Ağayevin qohumudur.

Üst