Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[…], Yenakiyeve[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi.

Viktor Yanukoviç

Vikipediya, azad ensiklopediya
Viktor Yanukoviç
ukr. Віктор Федорович Янукович
Ukrayna Prezidenti
25 fevral 2010 22 fevral 2014
ƏvvəlkiViktor Yuşşenko
SonrakıAleksandr Turçinov (i. e.)
Ukraynanın Baş naziri
4 avqust 2006 18 dekabr 2007
ƏvvəlkiYuxi Yexanurov[d]
SonrakıYuliya Timoşenko
28 dekabr 2004 5 yanvar 2005
ƏvvəlkiNikolay Azarov[d]
SonrakıYuliya Timoşenko (i. e.)
21 noyabr 2002 7 dekabr 2004
SonrakıNikolay Azarov[d]
MDB Dövlət Başçıları Şurasının sədri
1 yanvar 2014 22 fevral 2014
ƏvvəlkiAleksandr Lukaşenko
SonrakıAleksandr Lukaşenko
Donetsk Vilayət Dövlət Administrasiyasının sədri
14 may 1997 21 noyabr 2002
ƏvvəlkiSergey Polyakov[d]
SonrakıAnatoli Bliznyuk[d]
Ukraynanın xalq deputatı
23 noyabr 2007 19 fevral 2010
25 may 2006 12 sentyabr 2006
Şəxsi məlumatlar
Doğum adı Віктор Федорович Янукович
Doğum tarixi 9 iyul 1950(1950-07-09)[…] (75 yaş)
Doğum yeri
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Fəaliyyəti mühəndis, iqtisadçı, siyasətçi, hüquqşünas, diplomat, mühazirəçi
Dini şərqi ortodoks xristianlıq
Elmi fəaliyyəti
Elm sahəsi siyasət
Elmi dərəcəsi
  • iqtisad elmləri doktoru (2000)
Elmi adı
  • professor

Təltifləri gümüş "Olimpiya" ordeni — 2007 "Fəxri legion" ordeninin böyük xaçı Order of St. Vladimir the Equal-to-the-Apostles (3rd class) "Payızgülü" ordeninin böyük lenti 3-cü dərəcəli "Xidmətlərə görə" ordeni "Heydər Əliyev" ordeni "III Maqariosa" ordeni 1-ci dərəcəli "Dostluq" ordeni "Xose Marti" ordeni — 2011 "Müqəddəs Mesrop Maştots" ordeni — 2011 "Ananiya Şirakatsi" medalı — 2004 Order of Independence "İsmoili Somoni" ordeni Order of the Crown of Brunei "Zeyd" ordeni "Serbiya Respublikası" ordeni
"Şəfəq" ordeni 1-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 2-ci dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı 3-cü dərəcəli "Şaxtaçı şöhrəti" döş nişanı Order of St. Vladimir the Equal-to-the-Apostles (first class) Order of the Holy Equal-to-the-Apostles Prince Volodymyr the Great II Degree (ROC) 1-ci dərəcəli "Müqəddəs Sergey Radonejski" ordeni 1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni Fəxri dəmiryolçu Merited transport worker of Ukraine Order of St. Nestor the Chronicler
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Viktor Fyodoroviç Yanukoviç (ukr. Віктор Федорович Янукович; 9 iyul 1950[…], Yenakiyeve[d], Donetsk vilayəti) — Ukrayna Respublikasının Siyasi və Dövlət Xadimi. Regionlar partiyasının sədri. 2002–2005, 2006–2007-ci illərdə Ukrayna Respublikasının Baş Naziri. 2010-cu ildə keçirilən prezident seçkilərinin ikinci turunda 48,95% səslə qalib gələrək Ukrayna Respublikasının 4-cü Prezidenti seçilmiş və 2010-cu il 25 fevral tarixindən vəzifəsinin icrasına başlamışdır.

Həyatı

Donetskdə Enakoyev qəsəbəsində kömürçü fəhlə ailəsində anadan olub. 1967-ci ildə o, soyğunçuluğa görə mühakimə olunub. 1970-ci ildə onu başqasına orta dərəcəli xəsarət yetirməklə bağlı məhkəmə qarşısına çıxarıblar. Rəsmi məlumata görə, bu ittiham Viktor Yanukoviçin üzərindən qaldırılıb. 2006-cı ildə Ukrayna hakimiyyəti bu cinayət işində saxtakarlıq ehtimalını araşdırmağa başlayıb. Ancaq heç nə sübut olunmayıb. Viktor Yanukoviç özü etiraf edir ki, çətin uşaqlığı olub, ancaq gənclik səhvlərinə qalib gəlməyi bacarıb.

İş karyerasında isə Viktor Yanukoviç sürətlə irəliləməyə başlayıb. 1980-ci ildə Donbassda rəhbər vəzifədə işləyib. 1996–1997-ci illərdə Donetsk vilayətinin administrasiyasına rəhbərlik edib. Özünü yaxşı təşkilatçı kimi göstərib. 2002-ci ildə Leonid Kuçma gözlənilmədən Viktor Yanukoviçi baş nazir təyin edib, Ali Rada da əksəriyyət onu dəstəkləyir. Baş nazir olduğu dövrdə ÜDM artım tempi kəskin artıb, bir neçə vacib iqtisadi islahat keçirilib.

Viktor Yanukoviç 2003-cü ildən Regionlar Partiyasına rəhbərlik edir. Regionlar Partiyası yarandığı gündən onu böyük biznesmenlər dəstəkləyir. Onların içərisində ən nüfuzlusu milyarder Rinat Əhmədovdur. 2004-cü il prezident seçkilərinə Viktor Yanukoviç Leonid Kuçmanın davamçısı kimi qatılıb. O, seçki kampaniyasında ölkənin rusdilli əhalisinin maraqlarını müdafiə etməyə çalışıb, Rusiyayla xoş münasibətlərin tərəfdarı kimi çıxış edib. Nəticədə, Ukrayanın qərbində və mərkəzində yaşayan əhali ona səs verməyib. Rusdilli əhalinin yaşadığı Şərqi və Cənubi Ukraynada isə o, ən populyar siyasətçi olub. Mərkəzi və Qərbi Ukraynada Viktor Yuşşenkonun, Şərqi və Cənubi Ukraynda Viktor Yanukoviçin dəstəklənməsi ölkəni faktiki dil sərhədi ilə ayırıb.

Viktor Yanukoviç və tərəfdarları müxalifətə keçəndən sonra bir neçə dəfə mübarizə taktikalarını dəyişiblər. Bununla belə, göy-mavi rəngləri rəmz götürən Regionlar Partiyasının əsas dayağı yenə də Cənubi və Şərqi Ukrayna sayılır.

Qayıdış

2006-cı il parlament seçkilərində Viktor Yanukoviç və onun partiyası parlament seçkilərində uğur qazanıb, Ali Radada ən böyük fraksiyanı yaradıb. Böhran əleyhinə koalisiyası yaradılıb və Viktor Yanukoviç yenidən baş nazir kürsüsünə əyləşib. Baş nazir dərhal prezident Viktor Yuşşenkonun elan etdiyi prinsiplərdən fərqli xarici siyasət kursu yürütməyə başlayıb. Brüsselə səfəri zamanı Viktor Yanukoviç elan edib ki, Ukrayna NATO-ya qəbul olmağa hazır deyil. O, paralel olaraq Moskva ilə əlaqələri genişləndirib. Bu fonda prezident və baş nazirin tərəfdarları arasında hakimiyyət daxilində çəkişmə güclənib. 2007-ci ildə Viktor Yuşşenko Ali Radanı buraxıb, deputatları Konstitusiyaya zidd hərəkətlərdə ittiham edib. 2007-ci il seçkilərində Viktor Yanukoviç baş nazir postunu itirib və yenidən müxalifətə keçib. Hökumətə Yuliya Timoşenko rəhbərlik etməyə başlayıb.

2010-cu il prezident seçkilərində Viktor Yanukoviç və Yuliya Timoşenko qələbə qazanmağa potensial namizədlər sayılırdılar. Nəticədə Yanukoviç seçkilərdə qalib gələrək Ukrayna Respublikasının 4-cü prezidenti olmuşdur.

22 fevral 2014-cü il tarixində baş vermiş əhalinin narazılığından sonra ölkədən qaçmış və parlament tərəfindən prezidentlik hüququndan məhrum edilmişdir.

Mükafatları

  • 17.11.2013 — Azərbaycan "Heydər Əliyev" ordeni
Üst