Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), III dərəcəli dövlət ədliyyə müşaviri, Rəqəmsal inkişa

Fərid Əhmədov

Vikipediya, azad ensiklopediya
Fərid Əhmədov
Azərbaycan Respublikasının ədliyyə naziri
Vəzifədədir
27 fevral 2024-cüildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiFikrət Məmmədov
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
24 may 2022 27 fevral 2024
NazirRəşad Nəbiyev
2015 2017
ƏvvəlkiEldar Qəhrəmanov
SonrakıSəadət Əliyeva
Şəxsi məlumatlar
Doğum tarixi 14 iyul 1979(1979-07-14) (46 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Təhsili
  • Bakı Dövlət Universiteti,
  • AMEA Fəlsəfə və Sosiologiya İnstitutu,
  • Esseks Universiteti,
  • Oksford Universiteti
Fəaliyyəti hüquqşünas
Rütbəsi
III dərəcəli dövlət ədliyyə müşaviri
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • hüquq elmləri üzrə fəlsəfə doktoru

Fərid Turab oğlu Əhmədov (14 iyul 1979, Bakı) – Azərbaycan Respublikasının ədliyyə naziri (2024-cü ildən), III dərəcəli dövlət ədliyyə müşaviri, Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini (2022–2024), Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022), Azərbaycan Universitetinin rektoru (2015–2017), BMT-nin İnsan Hüquqları Komitəsinin üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru.

Həyatı

Fərid Əhmədov 14 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə Bakı şəhəri 43 saylı liseyi bitirmişdir.

Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili almışdır. 2004-cü ildə Böyük Britaniyanın Esseks Universitetində, "British Chevening" təqaüdü ilə beynəlxalq insan hüquqları ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.

2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Ali Attestasiya Komissiyasının qərarı ilə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2017-ci ildə İngiltərənin Oksford Universitetinə "Weidenfeld" təqaüdü ilə daxil olaraq doktorluq dissertasiyasını müdafiə etmişdir.

2016-cı ildə Oksford Universitetində hüquq elmləri üzrə fəlsəfə doktorluğu elmi dərəcəsi almışdır.

Beynəlxalq hüquq sahəsində nüfuzlu elmi nəşrlərdə dərc edilmiş monoqrafiya, bir sıra elmi və publisistik məqalələrin müəllifidir.

Azərbaycan, rus və ingilis dillərini bilir.

Fəaliyyəti

Hüquqşünaslıq fəaliyyətinə 2000-ci ildə Ədalət Hüquq Firmasında başlamış, 2004–2006-cı illərdə Konstitusiya Məhkəməsinin Aparatında, 2006–2007-ci illərdə Milli Məclis Aparatında müxtəlif vəzifələrdə çalışmışdır.

Bakı Dövlət Universitetində, Oksford Universitetində, ADA Universitetində hüquq sahəsi üzrə elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 2015–2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017–2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktorunun müavini vəzifələrində işləmişdir.

2021-ci ildə Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri, 2022-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin olunmuşdur. 2023-cü ildən 2024-cü ilin fevralınadək BMT-nin İnsan hüquqları komitəsinin üzvü, ümumi məruzəçisi və büro üzvü olaraq fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 27 fevral tarixli Sərəncamı ilə Ədliyyə naziri vəzifəsinə təyin olunmuşdur. Aprelin 2-də prezidentin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibinə əlavə olunub.

27 fevral 2026-cı ildə yeni yaradılan Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasına üzv təyin olunub.

Həmçinin bax

  • Azərbaycan ədliyyə nazirlərinin siyahısı
Üst