| Teymur Göyçayev | |
|---|---|
| Teymur Ənvər oğlu Göyçayev | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | dirijor, bəstəkar |
| Fəaliyyət illəri | 1985– |
| Musiqi alətləri | fortepiano, skripka |
| Təhsili |
|
| Mükafatları | |
Teymur Ənvər oğlu Göyçayev (d. 11 avqust 1958) — Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artisti.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru.
Həyatı və yaradıcılığı
T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir.
1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir.
Mükafatları
2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını almışdır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.
10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.
7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
2024-cü ildə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.
Filmoqrafiya
- Əlvida, cənub şəhəri (film, 2006)
- Həyat, deyəsən, gözəldir (film, 2023)
- Yaşayan insanlar
- 11 avqustda doğulanlar
- 1958-ci ildə doğulanlar
- Bakı Musiqi Akademiyasının məzunları
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri
- "Qızıl çinar" beynəlxalq mükafatının qalibləri
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan dirijorları
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri