| Çingiz Əmirov | |
|---|---|
| |
| 13 noyabr 1993 – 27 iyul 1996 | |
| Əvvəlki | M. Zeynalov |
| Sonrakı | Aydın Qasımov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 16 yanvar 1949 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 27 iyul 1996 (47 yaşında) |
| Vəfat yeri |
|
| Təhsili |
|
| Rütbəsi | Ədliyyə polkovniki |
Çingiz Cəmşid oğlu Əmirov (16 yanvar 1949, Bakı – 27 iyul 1996, Bakı) — ədliyyə polkovniki, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (hazırkı Penitensiar xidmətin) rəisi (1993–1996).
Həyatı
Çingiz İldırım adına AzPİ (1971), Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universitetində (1991) təhsil alıb.
Ədliyyə polkovniki, 13 noyabr 1993-cü ildən 27 iyul 1996-cı ilədək Ədliyyə Nazirinin müavini, MQİBİ-nin (Penitensiar Xidmətin) rəisi olmuşdur.
1994-cü ildə çəkilən "Qara "Volqa"" filmində məsləhətçi olmuşdur. 27 iyul 1996-cı ildə xidmət zamanı vəfat etmişdir.
Yazıçı Rövşən Yerfinin "Üzdəniraq ada" romanı Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur.
Ailəsi
Yazıçı Cəmşid Əmirovun oğludur.
- 16 yanvarda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Bakıda doğulanlar
- 27 iyulda vəfat edənlər
- 1996-cı ildə vəfat edənlər
- 47 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Bakı Dövlət Universitetinin məzunları
- Azərbaycan ədliyyə polkovnikləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri
