Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Yeni Dizaxlı — ( ləz. ЦӀийи Дизахлы ) Azərbaycan Respublikasının Qəbələ rayonunun Yeni Dizaxlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli

Yeni Dizaxlı

40°58′53″ şm. e. 47°50′44″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Yeni Dizaxlı
40°58′53″ şm. e. 47°50′44″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Yeni Dizaxlı xəritədə
Yeni Dizaxlı
Yeni Dizaxlı

Yeni Dizaxlı — ( ləz. ЦӀийи Дизахлы ) Azərbaycan Respublikasının Qəbələ rayonunun Yeni Dizaxlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır.

Toponimikası

Tarixi

Coğrafiyası

Kənd Kov Murad dağının ətəyində yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır. Əhali ləzgilər və azərbaycanlılardır.

İqtisadiyyatı

Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır.

Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib. Kənddə qaz və telefon xidməti də var.

Həmçinin bax

Üst