Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Mehdili — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qa

Mehdili (Cəbrayıl)

39°22′51″ şm. e. 47°16′31″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Mehdili
39°22′51″ şm. e. 47°16′31″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 300 m
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Mehdili xəritədə
Mehdili
Mehdili

MehdiliAzərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Kənd cənubdan İranla həmsərhəddir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir.

Tarixi

Rusiya İmperiyası dövründə Mehdili kəndi Yelizavetpol quberniyasının Cəbrayıl qəzasına daxil idi. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusu"na görə, Mərcanlı kənd icmasına daxil olan Mehdili kəndində 69 ev var idi və burada 306 azərbaycanlı (o dövrdə "tatar" kimi göstərilmiş) yaşayırdı, bunlar dini baxımdan sünni idi və kəndlilər idi.

Azərbaycan SSR-in Xalq Təsərrüfatının Uçotu İdarəsi (AzNEA) tərəfindən 1933-cü ildə hazırlanmış "Azərbaycan SSR-in İnzibati Bölgüsü" nəşrinə əsasən, 1 yanvar 1933-cü il tarixinə görə, kənddə 440 sakin (85 təsərrüfat, 220 kişi və 220 qadın) var idi. Bütün kənd sovetliyinin (Böyük Mərcanlı, Çaxırlı, Cocuq Mərcanlı, Usublu) milli tərkibi 100% türklərdən (azərbaycanlılardan) ibarət idi.

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.

3 oktyabr 2020-ci il tarixində isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Mehdili Cəbrayıl rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Düzənlik sahədədir. Yasayış məntəqəsi Qarabaglı İbrahimxəlil xanın oğlu Cəfərqulu xanın mülkü olmus, Bərdə rayonunun Lənbəran kəndindən köçürülmüş Mehdili adlı nəslin həmin xana məxsus torpaqda yerləşdirilməsi nəticəsində yaranmışdır.

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq, üzümçülük və baramaçılıq olmuşdur.

Üst