Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (25 dekabr 1960, Moskva) — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı

Abbas Əhməd

Vikipediya, azad ensiklopediya
Abbas Əhməd
Ümumi məlumatlar
Doğum tarixi 25 dekabr 1960(1960-12-25) (65 yaş)
Doğum yeri
  • Moskva, RSFSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti musiqiçi

Abbas Allahverdi oğlu Əhmədov, musiqi ləqəbi Abbas Əhməd (25 dekabr 1960, Moskva) — Azərbaycan ballada müğənnisi. 1990-cı illərin əvvəlində "Ürəyim yanar" adlı mahnıyla məşhurlaşdı.

Həyatı

1960-cı ildə Rusiyada doğulub, amma əsili Şamaxıdandır. Rusiyada məktəbə getmişdir. Dördüncü sinifdə oxuyanda bir müddətə Bakıya köçdü.

1989-cu ildə "Qızıl payız" mahnı müsabiqəsində birinci yeri tutdu. 1988-ci ildən 2002-ci ilə qədər "Qaya" musiqi qrupunda işləmişdir. 1992-ci ildə "Ürəyim yanar" mahnısını Elçin Mirzəbəylinin sözlərinə yazdı. Mahnını həyat yoldaşıma həsr etdi. 2003-cü ildən Rusiyada yaşayır, Moskvadan 15–20 kilometr kənarda. Bacısı, qardaşı və anasl isə Bakıda yaşayırlar. Rus, italyan və bir neçə başqa dillərdə də oxuyur.

Şəxsi həyatı

İki dəfə evlənmişdir. Birinci nikahdan bir oğlu var. İkinci həyat yoldaşıyla 22 ildən çox evlidir, o nikahdan övladı yoxdur.

Üst