Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Babaqar silsiləsi (gürc. ბაბაკარის ქედი, erm. Պապաքարի լեռնաշղթա) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi.

Babaqar silsiləsi

41°17′40″ şm. e. 45°00′16″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Babaqar silsiləsi
Ümumi məlumatlar
Mütləq hündürlüyü 959 m
Uzunluğu
  • 24 km
Yerləşməsi
41°17′40″ şm. e. 45°00′16″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
  •  Gürcüstan
  •  Azərbaycan
Babaqar silsiləsi xəritədə
Babaqar silsiləsi
Babaqar silsiləsi

Babaqar silsiləsi (gürc. ბაბაკარის ქედი, erm. Պապաքարի լեռնաշղթա) — Gürcüstan, Ermənistan və Azərbaycanda dağ silsiləsi.

Oronimin mənşəyi

Babaqar və ya Babakar/Babakər oronimi baba (Türkdilli xalqların böyük əksəriyyətində, o cümlədən azərbaycanlılarda yüksək dağ zirvələri baba adlandırılır) və kar/qar (qədim türk dillərində dağ mənasını verirdi) sözlərindən düzəlib, "yüksək dağ", "müqəddəs dağ" deməkdir.

Zirvələri

SSRİ ordusunun 1976-cı ildə tərtib etdiyi və 1985-ci ildə yenilədiyi topoqrafik xəritəyə əsasən (miqyas 1:100000):

Ermənistan ərazisində, qərbdən şərqə doğru

  • Danadağ — hündürlüyü 800.1 m
  • Eldağ — hündürlüyü 831.8 m
  • Günəştəpə — hündürlüyü 747 m
  • Körpülü — hündürlüyü 959.3 m
  • Keçəltəpə — hündürlüyü 629 m
  • Tərs — hündürlüyü 883.8 m

Gürcüstan ərazisində, qərbdən şərqə doğru

  • Qavaxtəpə — hündürlüyü 513.2 m
  • Ağtəpə — hündürlüyü 451.8 m
  • Adamdaş — hündürlüyü 535.2 m
  • Şiştəpə — hündürlüyü 623 m

Azərbaycan ərazisində, şərq sonluğu

Babaqar dağı
  • Babaqar — hündürlüyü 700.6 m (bəzi mənbələrdə 700 m və ya 708 m olaraqda verilir)
Üst