Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

"Üzdəniraq ada" — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəs

Üzdəniraq ada

Vikipediya, azad ensiklopediya
Kitab cildinin üz qabığı.

"Üzdəniraq ada" — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılan ilk romandır.

Əsər haqqında

Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur.

Qısa məzmunu

Hadisələr cəzaçəkmə müəssisələrindən birində baş verir. Əsərdə iki baş qəhrəman var: cəza evinə işləməyə göndərilən gənc leytenant Şəfi və sevgisinə görə "cəzalandırılan" məhkum Əziz. Roman rəis Əliməmməd, rəis müavinləri Rasim, Bəhram, dəstə rəisi Cəbrayıl, məhkum İltifat, Topuş, Çandriko kimi maraqlı surətlər və onlarla məhkumun cinayət tarixçələri ilə zəngindir.

Çapı

Roman dörd dəfə: 2004, 2009, 2012, 2022-ci illərdə (sonuncusu “Məhbəs” kitabında) çap olunub.

Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır.

Həmçinin bax

Üst