Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əfəndilər — Azərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.

Əfəndilər (Qubadlı)

39°19′20″ şm. e. 46°42′29″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Əfəndilər
39°19′20″ şm. e. 46°42′29″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Xəritəni göstər/gizlə
Əfəndilər xəritədə
Əfəndilər
Əfəndilər

ƏfəndilərAzərbaycan Respublikasının Qubadlı rayonunun Həmzəli kənd inzibati ərazi dairəsində kənd.

Etimologiyası

Keçmiş adı Kürd Əfəndilər olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, vaxtilə Türkiyədən gəlmiş Məmməd Əfəndi adlı bir nəfər bu kəndin bünövrəsini qoyduğuna görə onun adı ilə adlanmışdır. Etnotoponimdir.

Tarixi

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsindən Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Əfəndilər kəndi mahalın bir hissəsi olmuşdur. Kürdüstan qəzası ləğv edildikdən sonra Əfəndilər Qubadlı rayonunun tərkibinə daxil edilmişdir.

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. Kənd 25 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçmişdir.

Coğrafiyası

Əfəndilər kəndi Həkəri çayının sahilində, İncə düzündədir.

Əhalisi

1856-cı il "Qafqaz təqvimi"nə görə, əhalisi kürd dilində danışan şiə kürdlərdən ibarət olmuşdur.

Üst