| II Teymuraz | |
|---|---|
| თეიმურაზ II | |
![]() Kaxetiya kralı II Teymuraz | |
| 1732 – 1744 | |
| Əvvəlki | II Konstantin Baqrationi kral kimi / Arçil vali kimi |
| Sonrakı | II İrakli |
| 1744 – 1762 | |
| Əvvəlki | Əli Mirzə |
| Sonrakı | II İrakli |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri |
|
| Vəfat tarixi | |
| Vəfat yeri | Sankt-Peterburq |
| Fəaliyyəti | şair |
| Atası | I İrakli Baqrationi |
| Anası | Anna Çolokaşvili |
| Uşaqları | |
| Ailəsi | Baqrationi |
| Dini | Gürcü Ortodoks Kilsəsi |
| | |
| Təltifləri | |
![]() | |
II Teymuraz (gürc. თეიმურაზ II; 1700 – 8 yanvar 1762) — Kaxeti çarı (1733–1736, 1737–1744), daha sonra Kartli çarı (1744–1762). Baqrationi nəslindəndir. Lirik şeirlər yazırdı. Kartli-Kaxeti çarı I İraklinin oğludur. 1744-cü ildə II Teymurazın oğlu II İrakli Kaxetiya çarı oldu və Şərqi Gürcüstanı birləşdirdi.
Gənclik illəri
I İrakli Baqrationinin və Anna Çolokaşvilinin 12-ci övladı olaraq dünyaya gəlmişdi. 1709–1715-ci illərdə Teymuraz anası ilə birlikdə qardaşı II Davidin yerinə qəyyum olaraq hökm sürmüşdü. 1732-ci ildə Osmanlı ordusu digər qardaşı II Konstantin Baqrationini öldürüb Kaxetiyanı işğal etdikdən sonra Teymuraz dağlara qaçdı. 3 il sonra Nadir şahın Osmanlını məğlub etməsi münasibətilə geriyə dönən Teymuraz İrəvana, şahın iqamətgahına getdi. Müsəlman olmadığı üçün Nadir şah Kaxetiya dövlətini ləğv edərək, II Davidin oğlu Əli Mirzəni Kaxetiya valisi olaraq təyin etdi. 1735-ci ildə yenidən dağlara qaçan Teymuraz sonrakı il həbs edilərək şahın hüzuruna gətirildi. 1744-cü ildə Nadir şah onu gürcü üsyanını yatırtmaq üçün göndərdi və onu Kartli çarı olaraq tanıdı.

Hakimiyyəti
Nadir şahın ölümündən sonra Gəncə xanlığı, İrəvan xanlığı və Naxçıvan xanlığı ilə ittifaq quran çar İran ordusunu Qafqazdan qovmağa nail oldu. Rusiyadan kömək almağı özünə məqsəd qoyan Teymuraz Sankt Peterburqu ziyarət edərkən vəfat etdi və Həştərxan Kremlində qaynatası VI Vaxtanqın yanında basdırıldı. Yerinə oğlu II İrakli keçdi. O musiqi bəstələmiş, fars dilindən şeirlər tərcümə etmişdir.
Ailəsi
Çar 3 dəfə evlənmişdi:
- Tamar — Araqvi eristavı II Bahadur Sidamonun qızı (1710-cu ildə boşandı)
- Tamara Baqrationi — VI Vaxtanqın qızı. Ondan olan övladları:
- II İrakli
- David
- İoan
- Solomon
- Kotevan
- Yelena
- Anna
- Anna Barataşvili — Bejana Barataşvilinin qızı. Ondan olan övladları:
- Tamara
- Yelizaveta
- 7 noyabrda doğulanlar
- 1680-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 81 yaşında vəfat edənlər
- 8 yanvarda vəfat edənlər
- 1762-ci ildə vəfat edənlər
- Baqrationlar
- "Müqəddəs apostol Andrey Pervozvannı" ordeni ilə təltif olunanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Hökmdarlar
- Kaxeti çarları
- Kartli çarları
- Gürcü şairlər
- Gürcüstan şairləri