Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Aşağı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. Araz çayının sol sahilində, düzənlikdədir.

Aşağı Maralyan

39°20′43″ şm. e. 47°13′05″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
Aşağı Maralyan
39°20′43″ şm. e. 47°13′05″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 170 m
Xəritəni göstər/gizlə
Aşağı Maralyan xəritədə
Aşağı Maralyan
Aşağı Maralyan
Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Maralyan

Aşağı MaralyanAzərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. Araz çayının sol sahilində, düzənlikdədir.

Tarixi

1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.

Toponimikası

Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır. Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.

İqtisadiyyatı

Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi.

Coğrafiyası və iqlimi

Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.

Həmçinin bax

Üst