Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitləri

Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası

  • Ana Səhifə
  • Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası — Azərbaycan Respublikası Silahlı Qüvvələri üçün ali hərbi təhsilli komandir və qəragah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, onların ixtisasının artırılmasını, hərbi iş sahəsində elmi tətqiqatların aparılmasını və dövlət orqanlarında çalışan yüksəkvəzifəli şəxslərə respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrədilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılmışdır.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası
Tip Hərbi Akademiya
Əsası qoyulub 1999
Ölkə Azərbaycan
Şəhər Bakı
Sayt Silahlı Qüvvələrin Hərbi Akademiyası

Hərbi Akademiyanın rektoru general-leytenant Heydər Piriyevdir.

5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi.

Mündəricat

Haqqında

Hərbi Akademiyada iki il müddətində təhsil alan dinləyicilər taktiki və operativ səviyyədəki birlik və qərargahlarda komandir və qərargah zabitləri vəzifələrində çalışmaq üçün hazırlanırlar.

Hərbi Akademiyada təşkil olunmuş tədris prosesi hərbi-strateji, operativ-taktiki, eləcə də hərbi-siyasi və hərbi-iqtisadi məsələlərin öyrənilməsini təmin edir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının nəzdində Strateji tətqiqatlar və dövlət müdafiəsini idarəetmə və hərbi diplomatiya kursları da fəaliyyət göstərir. Kursların vəzifəsi respublikanın müdafiəsi ilə əlaqədar hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini təmin etməkdir.

Hazırda akademiyaya general-leytenant Heydər Piriyev başçılıq edir. Heydər Piriyev Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən general rütbəsi verilmişdir. 2002–2009-cu illərdə AAHM-in rəisi, 2009–2013-cü illərdə Naxçıvan Muxtar Respublikasında ordu korpusunun qərərgah rəisi vəzifələrində xidmət etmişdir. 2014-cü ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

2022-ci ilin iyun ayında Piriyev Azərbaycan Milli Müdafiə Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Fakültələr

  • Hərbi diplomatiya
  • Hərbi iqtisadiyyat
  • Hərbi siyasət
  • Xarici dillər
    • İngilis dili
    • Alman dili
    • Fransız dili
    • Fars dili
    • Erməni dili
    • Rus dili

Rəhbərlik

  • General-mayor Nəcəf Qəmbərov (-18 noyabr 2013)
  • General-mayor Altay Mehdiyev (18 noyabr 2013 — iyun 2014)
  • General-leytenant Heydər Piriyev (2014-cü ilin iyun ayından)

2014-cü ilin iyun ayında Heydər Kamal oğlu Piriyevə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə növbəti general-leytenant ali hərbi rütbəsi verilmiş və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi təyin edilmişdir.

3 avqust 2021-ci ildə Hikmət Həsənov Ordu Korpusu komandiri vəzifəsindən azad edilərək Hərbi Akademiyanın rəis müavini təyin olunub.

Məzunlar üçün

Azərbaycan Respublikası Silahlı Qüvvələri Hərbi Akademiyasını bitirmiş məzunlar üçün döş nişanında ağ fonda silahlı qüvvələrin emblemi təsvir olunur və qızılı rəngli palıd yarpaqları ilə haşiyəyə alınır.

Məşhur məzunları

  • General-leytenant Kərim Vəliyev (sinif 2006), Azərbaycan Müdafiə nazirinin birinci müavini, Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı
  • Polkovnik İlqar Mirzəyev (1995-ci il sinfi), 2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan toqquşmaları zamanı həlak olana qədər 3-cü Ordu Korpusunda xidmət edən artilleriya rəisi.

Həmçinin bax

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 30, 2026

    Gicitkən

  • Mart 26, 2026

    Əli Əsədov

  • Mart 26, 2026

    Süleyman Ələsgərov (bəstəkar)

  • Mart 26, 2026

    Hindistan tarixi

  • Mart 26, 2026

    Cəbrayıl rayonu

Studia

  • Vikipediya

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst