Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Bulud Qaraçorlu

Vikipediya, azad ensiklopediya
Bulud Qaraçorlu
Doğum tarixi
Doğum yeri Marağa
Vəfat tarixi (52–53 yaşında)
Vəfat yeri
Vətəndaşlığı İran
Fəaliyyəti şair, ədib

Bulud Qaraçorlu Səhənd (1926, Marağa, Şərqi Azərbaycan ostanı1979, Tehran) — Azərbaycanlı şair.

Həyatı

Bulud Qaraçorlu Səhənd 1926-cı ildə Marağada anadan olub.

İlk təhsilini Marağa və Təbrizdə alan Bulud 17 yaşında ikən Razi, az müddət keçdikdən sonra isə Səhənd təxəllüsü ilə şeirlər yazmağa başlayır.

Səhəndin gənclik illəri İranda Azərbaycan xalqının milli istiqlaliyyəti uğrunda apardığı çətin mübarizə dövrünə – 40-cı illərdən başlayan milli-azadlıq hərəkatına təsadüf edir.

O, milli hərəkatda fəal iştirak edirdi. AMH dövründə Marağada yaşayıb. 1945-ci ildə Pişəvərinin rəhbərliyi ilə Güney Azərbaycan Milli Hökumətinin qurulması, ölkədə aparılan misli görünməyən mütərəqqi islahatlar onda böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Demokrat Gənclər Təşkilatının üzvü olub. Səhənd həmin illərdə sevinc və iftixardan doğan şeirlər yazırdı. Lakin vətənin azadlığı uzun sürmədi.

Lirik şerlər yazan şair arzu, istək və ağrılarını xalqa çatdırmaq üçün "Dədə Qorqud" dastanlarına üz tutur. Xalq yaradıcılığından yararlanıb məşhur "Sazımın sözü" əsərini yazır.

Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra Dəfələrlə həbs olunub.

Səhənd 1979-cu ildə vəfat edib.

Əsərləri

  • Bulud Qaraçurlu Səhənd. "Dədəmin kitabı". Stokholm, 2006.
  • Səhənd. Seçilmiş əsərləri. Bakı, "Şərq-Qərb", 2006, 280 səh. ISBN 978-9952-34-033-8
  • "Sazimin Sözü" əsəri
  • Araz poeması
  • Xatirə Poeması


Həmçinin bax

  • Qaraçorlu

Ədəbiyyat

Üst